Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı davam edir
24 sentyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti təntənəli konsert keçirildi. Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Aydın Əliheydər, Rüfət Məmmədov, Nəzrin Qulamova, Cavidan Rəsulov, İluzər İbrahimzadə, Hidayət Sadıqbəyli, Cəmil Sədizadə, Zümrüd Əlizadə, Özcan Cabbari, Əbdüləli Hüseynli, Elina Əliyeva, Xəlil Mütəllibov, Nərmin Günəşova, Məhəmmədəli Paşazadə, Elçin Məmmədov, Səməd Novruzov (müşayiət edir Əməkdar artist Nigar Məlikova) məharətlə çıxış etdilər.
Zəngin konsert proqramında N.Əliverdibəyovun “Bayatı Şiraz”, V.Rəhimovun Fortepiano üçün 2 pyes, H.Rzayevin “Çahargah”, F.Əmirovun “Ekspromtlar”, N.Burgmüller-“Duet", E.Əfrasiyabın “Üzeyir Hacıbəyli əsərlərinə “Parafraz”, A.Navabın Fortepiano üçün sonata - I hissə, F.Listin “Грезы любви”, A.Şnitkenin “Polka”, T.Quliyevin “Qaytağı”, Ü.Hüseynzadənin Violin və fortepiano üçün 1 pyes, S.Raxmaninovun Etud Op. 39 No. 4 h-moll, S.Prokofyevin “Merkuzio”, N.Əliverdibəyovun “Elegiya”, F.Listin “Transcendental etude” no.8 "Wilde Jägd", sonda isə C.Verdinin “Riqoletto” operasından Hersoqun ariyası, Ü.Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyasından – Əsgərin mahnısı - əsərləri ilə konsertin coşqulu kuliminasiyası səsləndirildi.
Tamaşaçıların qəlbini fəth edən və gurultulu alqışlarla qarşılanan konsert tədbiri yaddaşlarda xoş izlər buraxaraq sona çatdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.