Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib
Dövlət Uşaq Filarmoniyası balaca dostlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
3 iyun 2025-ci il Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub. Balaca istedadlar olduqca zəngin, rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə gələn qonaqlarda xoş təəssürat yaradıb. Bu konsert həm də uşaqların hesabat konserti idi. Belə ki, il ərzində öyrəndiklərini, bilik və bacarıqlarını zalda əyləşən tamaşaçılara böyük həvəslə, həyəcanla, sevgiylə ötürdülər.
Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən kollektivlər – Nəfəsli alətlər ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), “Sədəf” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, müəllim Elbrus Niftəliyev), “Pərilər” vokal ansamblı (müəllim Leyla Aslanova), “Şəms” uşaq xoru (bədii rəhbər Leyla Muradzadə), “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə), Musiqili Uşaq Teatrı (müəllim Ağasəlim Feyzullayev), Uşaq Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Nigar Zeynalova, Məhəmməd Quliyev, müəllimlər Zeynal Cigərxanov, Günel Təhməzova) iştirak edib. Konsert proqramının rejissoru Günay Səttarovadır.
Konsertdən əvvəl “Bacarıqlı əllər” rəsm dərnəyinin (müəllimlər Günay Qarayeva, Səriyyə Teymurova, Fəridə Süleymanlı, Fidan Qurbanova) gənc və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra təşkil olunmuş “Yaradıcılıq yarmarkası”-ndə uşaqların müxtəlif əl işləri, rəsm əsərləri satışa çıxarılıb. Yarmarka tamaşaçılar tərəfindən marağa səbəb olub.
Konsertin sonundan isə illər ərzində Uşaq Filarmoniyasının mədəni və yaradıcılıq həyatında fəal iştirakına görə bütün iştirakçılar sertifikatlarla təltif olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.