Kazım Kazımov:
Taxt üçün darıxan şəhzadə
Məhəmməd Rza Şahın və Fərəh Pəhləvinin böyük oğlu, 1979-cu ilə qədər İran şahlıq taxtının vəliəhdi olan Rza Pəhləvi, İran xalqına müraciət edərək “Bu, sizin müharibəniz deyil” deyib. Xalqı X-də (Tvitter) üsyana səsləyib. Hər qarışıqlıqda ortaya atılan keçmiş vəliəhdi yenə sərt tənqid edirlər.
İllər əvvəl oxuduğum az bilinən bir fakt yadıma düşdü: Rza Pəhləvi 1980-ci ildə indiki mövqeyindən 180 dərəcə fərqli çıxış etmişdi. Səddam Hüseyn İrana hücum edəndə inqilab səbəbiylə 1 il əvvəl ölkəsindən didərgin düşərək Misirə sığınan şəhzadə radiodan “vətənə dəstək” çağrışı etmiş, “Biz devrilsək də, bir ölkə var” demişdi. Pilot təhsili alan Rza Pəhləvi hətta Ruhullah Xomeyniyə müraciət edərək zabit kimi İran tərəfdən müharibədə iştirak etmək istədiyini bildirmişdi.
Lakin Xomeyni keçmiş vəliəhdin hər şeyə rəğmən vətən üçün döyüşən qəhrəman obrazıyla məşhurlaşmasından ehtiyatlanaraq bu təklifi rədd etmişdi.
İndi həmin qoca şəhzadə “Bəlkə də qaytardılar” deyərək İsrailə və ABŞ-a “göz qırpır”. Ətrafında da bir ağıllı adam yoxdur desin ki, “sizinki çoxdan gedib, heç kim səni 100 il əvvəl baban polkovnik Rzanı şah etdiyi kimi şah etməyəcək”. İranda rejim dəyişsə belə hər halda şahlıq qurulan deyil. Tarixi oxumağı həm də bu təzadlara görə sevirəm...
* * *
Cavid Abbasov
Bəlkə çerez prezident-baş nazir kimi yollarla gəlmək istəyir
Kazim Kazimov
Cavid Abbasov əslində 1980-ci ildə Misirdə atası öləndən bir neçə ay sonra(18 yaşınıın olmağını gözləyirdilər) şah elan edildi. Baxdı tanınmır şah titrindən imtina etdi(yəqin ki, yaxın çevrəsində saxlayır). Buna heç kim o fürsəti verən deyil inqilab bunun atasına qarşı olub)) özü də İrandan çıxanda 16 yaşında yeni yetmə idi getdi İngiltərəyə qayıda bilmədi. Ölkəsini heç düz əməlli tanımır.
Dilaver Najafov
O qatar çoxdan gedib...
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.