Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib
Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən terrorizm, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər ilə bağlı maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə hakim Anar Rzayev və Camal Ramazanovun (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxsə bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün seçdiyi vəkil verilib.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edib.
İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan ittiham aktının surətinin ailə üzvlərinə təqdim edilməsi ilə bağlı məhkəməyə növbəti vəsatət verib və əvvəlki iclaslarda verdiyi vəsatətlərə baxılmasını istəyib.
Ruben Vardanyanın vəkili Avraham Berman da onun vəsatətini dəstəkləyib.
Hakim Zeynal Ağayev bildirib ki, məhkəməyə verilən vəsatətlərə artıq əvvəlki iclaslarda baxılıb və artıq müvafiq qərarlar qəbul olunduğundan bu dəfə onların müzakirəsinə çıxarılmayıb.
Baş Prokurorluğun Dövlət ittihamının təmin edilməsi idarəsinin rəisi Nəsir Bayramov bildirib ki, təqsirləndirilən şəxslər mütəmadi olaraq eyni məzmunlu vəsatətlər verirlər. Ona görə də onlar müzakirə mövzusu olmamalıdır.
Hakimlərin iclasının yekunlarına görə, vəsatət təmin edilməyib.
Daha sonra məhkəmə zərərçəkmişlərin ifadələrini dinləyib.
Zərərçəkmişin hüquqi varisi kimi dindirilən Zavur Bədəlov bildirib ki, oğlu Cavidan Bədəlov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşə tutması nəticəsində həlak olub.
Qədim Xəlilovun atası İlqar Xəlilov və Elnur Səmədovun atası Sədaqət Səmədov da övladlarının Kəlbəcər rayonu ərazisində düşmən tərəfindən atəşə tutulması nəticəsində həlak olduğunu bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.