“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası adını daşıdığı dahi şəxsiyyətin 140 illiyi çərçivəsində maraqlı layihər, tədbirlərlə çıxış edir. Belə bir maraqlı layihələrdən biri də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə yaradılan “Allegro” qəzetidir ki, onun ilk nəşri çox əlamətdar tarixə təsadüf edir. Qəzetin ilk nəşri 2025-ci ildə çap olunmuşdur. Qəzet Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi çərçivəsində işıq üzü görərək, həm musiqi ictimaiyyəti, həm də tələbə auditoriyası üçün xüsusi mənəvi dəyər daşıyır.
“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri, əlamətdar hadisələri, eləcə də istedadlı gənclərin tədqiqat və yaradıcılıq fəaliyyətini işıqlandırmaqdır. Qəzet həm klassik ənənələrə sadiq qalır, həm də müasir tələblərə uyğun şəkildə yenilənmə ruhunu əks etdirir. Nəşrdə tanınmış bəstəkarların yubileylərinə həsr olunmuş məqalələr, musiqi tədbirlərinə dair icmallar, müsahibələr və tələbə yaradıcılığına dair yazılar yer almaqdadır.
Adını musiqidə sürətli və canlı temp termini olan “Allegro”dan alan qəzet, musiqi təhsili alan gənclərin enerjisini, elmə və sənətə bağlılığını simvolizə edir. Nəşr həmçinin Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini yeni baxışlarla təqdim etməyi və bu sahədəki elmi-nəzəri axtarışları dəstəkləməyi qarşıya məqsəd qoyur.
“Allegro” qəzeti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayevanın dəstəyi ilə ərsəyə gəlmiş və tələbələri musiqi dünyasına daha dərindən yiyələnməyə dəvət edən yeni bir informasiya platformasıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.