Misirdə eramızdan əvvəl 6-cı əsrə aid astronomik rəsədxana tapılıb
Misirin şimalında arxeoloqlar eramızdan əvvəl 6-cı əsrə aid astronomik rəsədxana aşkar ediblər.
Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Astronomik rəsədxana Kəfr əş-Şeyx əyalətinin Tell əl-Farayn ərazisindəki Butoh məbədində işləyən Qədim Əsərlər Ali Şurasının Misir arxeoloji missiyası tərəfindən aşkar edilib. O, kerpiçdən tikilib və astronomik müşahidələr, o cümlədən Günəşin və ulduzların hərəkətini izləmək üçün istifadə edilib. Aşkar edilmiş rəsədxananın sahəsi təxminən 850 kvadratmetrdir.
Arxeoloqlar həmçinin qazıntı sahəsində daşdan hazırlanmış günəş saatı, on nəfərə yaxın otaq, onlardan biri qüllə və böyük zal, XXVI sülalədən qalma keşiş heykəli, bir sıra ölçü alətləri, saxsı qablar və keramika aşkar etmişlər.
Belə ki, bu tapıntı qədim misirlilərin astronomiya və günəş təqviminin müəyyən edilməsi üzrə bacarıq və məharətini təsdiq edir.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyi kəşf edilən astronomik rəsədxananın “ilk və ən böyük” olduğunu qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.