Hümbət Quliyev:
Sağlam olmaq məqsəddirmi?
(esse)
Çoxları sağlam olmağı özlərinə həyat məqsədi kimi qoyurlar. Bütün vaxtlarını da bu yolda xərcləyirlər: nə yesinlər, nə içsinlər, hansı dərmanlar, hansı vitaminlər qəbul etsinlər və s.
Belələri bütün fikirlərini də öz orqanizmlərinə yönəldirlər: harası ağrıdı, harasında narahatlıq yarandı. Düşürlər öz narahatçılıqlarının dalınca, o həkim, bu həkim, o analiz, bu müayinə. Ömür də elə bu yolda sərf olunur.
Bəziləri təsəvvür də etmirlər ki, sağlam olandan sonra nə edəcəklər. Belə insanların beyni də öz yiyəsinin nə etmək istədiyini anlamır.
Dostlar, insan orqanizmi başqa cür qurulub.
Məqsədsiz sağlamlıq olmur. Sən əvvəl öz qarşında böyük məqsədlər qoyursan və beynini o məqsədə çatmaq yollarna fokuslayırsan. Beynin məqsədlərinə çatmaq üçün sənin orqanizmini səfərbər edir və özü sənin orqanlarını sağlamlaşdırır. Əlbəttə, sən öz sağlamlığını bilərəkdən pis vərdişlərlə korlamırsansa.
Məqsəd qoy, çalış, qalan işlərini beyninə həvalə elə. Başın işlərə qarışsın. Nə qədər sağlamlığını az fikirləşsən, o qədər yaxşıdır.
Çox xəstəliklərin səbəbi bekarçılıqdır. İnsan özünü mütləq nələrləsə də məşğul etməlidir. İşin yoxdur, özünə məşğuliyyət tap. Gözəl bir ifadəmiz də var bu barədə: Başını qat.
İnsan bu dünyaya gətirilməyib ki, məqsədi elə sağlam ölmək olsun.
O bu dünyaya gətirilib ki, qursun, yaratsın cəmiyyət üçün yaxşı işlər görsün.
Bu yolda hamıya uğurlar.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.