Məmməd Əvəzoğlu:
Köhnə həyət
Bağ da göz yaşı tək yarpağın töküb,
Matəmə qərq olub bu köhnə həyət.
Hüzünlü bağçaya sükunət çöküb,
Sahibsiz qalıbdır balaca cənnət.
Haçansa əkilən qızıl güllərin
Boyu ağacların başına çatır.
Əncir ağacı da açıb əllərin,
Əl çalır, həyətin başını qatır.
Amma ona məhəl qoyan yox burda,
Sallayıb başını tut ağacları.
Quşlar təsəllidir bu dərdli yurda,
Cəlb edir onları ağacın barı.
Kollar fürsət bilib hücuma keçib,
Qoşunun qarşısın alan da yoxdur.
Gəndəlaş bitməyə yaxşı yer seçib,
Oraq, çin götürüb çalan da yoxdur.
Qocalan evin də bükülüb beli,
Bəxtəvər günlərin düşünür bəlkə.
Nələr danışardı, olsaydı dili:
Nə üçün bu günə qaldı bu ölkə?
Görəsən gedənlər indi hardadır?
Nə zaman həyətdə gülüş olacaq?
Nə qədər kənd evi intizardadır,
Boşalan ocaqlar nə vaxt dolacaq?
Məmməd Əvəzoğlu.28.12.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.