Sağ qalan stüardessa: Hökümə ilə sona qədər danışdıq...
İlk zərbədən sonra kabinəyə oksigen maskaları düşdü və biz nə baş verdiyini yoxlamağa tələsdik. Bu zaman ikinci zərbə olub, nəticədə stüardessa Zülfüqar bəy sol qolundan xəsarət alıb.
Bu barədə dekabrın 25-də Bakıdan Qroznıya uçan və Qazaxıstanın Akta şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E-190” təyyarəsinin stüardessası Aydan Rəhimli deyib.
“Zülfüqar bəylə təyyarənin arxasına keçib orada əyləşdik. O sağda, mən soldayam. Ona ilk tibbi yardım göstərdim. Bu zaman yenə yüksək səs eşidildi. Biz oksigen maskaları taxdıq və Hökümə xanımla daim əlaqə saxladıq, onunla daim danışdıq, sona qədər danışdıq”, - stüardessa xatırlayır.
Onun sözlərinə görə, enişdən iki dəqiqə əvvəl əlaqə kəsilib və təyyarə enməyə başlayıb. Geniş yayılmış məlumatın əksinə olaraq, oksigen çəni partlamayıb. “Əgər oksigen çəni partlasaydı, biz sağ qala bilməzdik. Mən yerə enəndən sonra gözlərimi açanda təyyarənin qapısını artıq Aktaudan gələn işçilər açmışdı. Yeri soruşduqda cavab verdilər ki, təyyarə Qazaxıstandadır”, - deyə Aydan Rəhimli əlavə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.