Məmməd Əvəzoğlu:
Hacı Hafizə
Hacı Hafiz, necə tuş gəldik əcəb dövranə!
And içən yoxdu daha mənliyinə, vicdanə!
Daha vicdan deyilən hiss bizə yaddır, nə üçün?
Niyə hər yaxşı əməl yad görünür insanə?
O qədər pisləri seyr eyləmişik, göz yorulub,
Ürəyim tab eləmir hər dələduz nadanə.
Dini and içmək üçün əldə silah eyləmişik,
Haçan insan balası söykənəcək imanə?!
Qəlbimiz daş, gözümüz ac, dilimiz şıllaq atır,
Hələ ki şellənərək daş atırıq şeytanə.
Bu qədər çöldə ədəbsizliyə insanmı dözər?
Ürək əsgər ki deyil tabe ola fərmanə.
Məhəmməd bilmədi dərdin necə izhar eləsin,
O da peşmandı bu dövranda girib meydanə.
Məmməd Əvəzoğlu.24.12.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.