Botanika İnstitutunun alimləri Xəzəryanı ərazilərdə alqoloji tədqiqatlar aparıblar
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” layihəsi çərçivəsində AR ETN Botanika İnstitutunun və Çelyabinsk Dövlət Universitetinin alimləri müştərək ekspedisiyalar həyata keçiriblər. Ekspedisiyanın məqsədi Azərbaycanın Xəzəryanı ərazilərində karbon emissiyasına həssas olan yosun növlərinin toplanması, biokultivasiya üçün uyğun su obyektinin tapılması, kimyəvi analiz üçün su nümunələrinin götürülməsi olub.
Lənkəran rayonunun Siyavər və Kənarmeşə kəndləri, Qızılağac qoruğu, Şabran rayonunun Xəzəryanı və Salyan rayonunun Şirvan Milli Parkı ərazilərindən toplanan nümunələr üzərində laborator şəraitdə alqoloji tədqiqatlar aparılıb. Müxtəlif təyinedicilərdən istifadə edilərək yosunların növ müxtəlifliyi müəyyənləşdirilib. Aparılan tədqiqatların davamı olaraq karbon qazının emissiyasını azaldan yosun növlərinin kolleksiyası yaradılacaq, yosunların becərilməsi üçün biotexnoloi üsulların və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi öyrəniləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.