10 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna uşaqların reabilitasiyasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib

Ukrayna uşaqların reabilitasiyasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib

Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv etdilər

Azərbaycan və Sudan diplomatik pasport sahibləri üçün vizaları ləğv etdilər

Birinci Qarabağ müharibəsində şəhid olan şəhidin qalıqları 33 il sonra Kəlbəcərdə dəfn edilib

Birinci Qarabağ müharibəsində şəhid olan şəhidin qalıqları 33 il sonra Kəlbəcərdə dəfn edilib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

“... o gedən qatar” – Arif Fərzəlinin şeirləri

6 saat əvvəl 91 01

“... o gedən qatar” – Arif Fərzəlinin şeirləri

Bu il tanınmış şair-publisist Arif Fərzəlinin 70 illik yubileyi tamam olur. Bu münasibətlə oxucularımıza onun yaradıcılığından seçilmiş bir neçə şeiri təqdim edirik.

Qeyd edək ki, Arif Fərzəli (Arif Xudakərim oğlu Fərzəliyev) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsini bitirsə də, ömrünü bədii yaradıcılığa həsr edib. Sonralar M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsində ikinci ali təhsil alıb.
Şairin ilk şeirləri Masallıda nəşr olunan “Çağırış” qəzetində dərc edilib. Sonrakı illərdə isə onun əsərləri “Azərbaycan”, “Literaturnıy Azərbaydjan”, “Ulduz”, “Gənclik”, “Karvan”, “Söz” jurnallarında, müxtəlif almanaxlarda və çoxsaylı qəzetlərdə işıq üzü görüb.
Pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif illərdə “Gənclik” jurnalının bölgə müxbiri, “Qala” qəzetinin baş redaktor müavini vəzifələrində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Arif Fərzəli “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib”, “Tarix kitabı” və “Ömürdən iki yarpaq” kitablarının müəllifidir.

Uşaqlıq çağı

Nə bir qeybət,
nə bir yalan,
nə küdurət-kin izi,
bir toz belə qonmamış
təzə yağan qar üzü...

Ad

Əvvəl yaş kağızına düşür,
sonra sinif jurnalına,
sonra da
kəbin kağızına.
Bir günsə,
görür,
oğul-uşaq ağzına düşüb,
ünvanı dəyişir,
gedib
başdaşına düşür...

Bu dəfə
ilk oğlan nəvəsinin
doğulacağı
ürəyinə damıbmış elə bil,
son vaxtlaracan qalırdı
babamın
mən dünyaya gəlməmişdən
mənə düzəltdiyi kətil...

Əbəçi Bəsti nənəgilin itinin
kiçik əmimi hasara qısnayan,
Darçın nənəmin
dualarından asılan,
ürək qısılan,
bürkülü bir yay axşamı
qız ətəkli anamı
sərkidən qurtarmışam,
atama muştuluğa qaçırmış
daş-divar...

Doğulduğum il
Səməd Vurğunun
baş daşında var,
adım da ki
yetənə qoyulur daha...

Ünvanım
bir boz Muğan kəndidi,
suyu qəndindən baha...

Beş bacım var,
bir qardaşım.
Ən istəkli dostum
bir ləzgi balasıdı –
adaşım.

Oğlum üç,
qızım iki,
həyat yoldaşımdı
hələ ki
məni dilə tutub,
sizin dünyada saxladan...

İlk dəfə ağlamağım
yadımda deyil,
Xarkovda
bir kəlbəcərli cavanın
Kəlbəcəri
məndən soruşmağı olub
son dəfə
məni hönkür-hönkür ağladan...

Bir biyaban dərvişiyəm,
adımı
şair çağırmayın ucadan,
ömrü göyə sovurub,
yazmadıqlarıma görə
qorxuram Allahdan,
yazdıqlarıma görə
utanıram
ustadım Fikrət Qocadan...

Güvəndiyim adam –
atam.
İnanıram tanıdıqlarıma –
qohuma,
dosta,
tanışa,
yaxına...
Və ən çox
mənə güzgüdən baxana...

Dərdimcən olmadılar

Saçıma yağan qarı
İllər əritmədilər.
Alnımdan qırışları
Qovdum da, getmədilər.

Ayrılıqdan qaçsam da,
Anım andan bəd gəldi.
Üstümə ayaq açdı,
Sürü-sürü dərd gəldi.
Qovdum da, getmədilər.

Amma günlər, o günlər
Dərdimcən olmadılar.
Amma anam, o anam,
Amma atam, o atam
Yalvardım qalmadılar...

Qıymadım ayıram...

Döydüm bu dünyanın qapılarını,
Döydüm, dönüb yelə, dönüb yağışa.
Sevdim çiçəyini, sevdim qarını,
Durub qardaş dedim qara daşına.

Qıymadım arayam yaxşılarını,
Qıymadım ayıram nadanlarını.
Sevdim bu dünyanın adamlarını,
Tərslikdən hamısı gəldi xoşuma.

Dərəyə göz yumub, dağı seçmədim,
Qaradan yan keçib, ağı seçmədim.
Mən ki dost seçmədim, yağı seçmədim,
Bəs bunlar hayandan çıxdı qarşıma?..

Məni tək qoymadılar

Təkcə qabağıma çörək qoymadı,
Əsl dostluq nədir, bilirdi dostlar.
Gülmək istəyirdim, fələk qoymadı,
Ağlamaq istədim, güldürdü dostlar.

Dərd vardı, deyirdim, Allah yetirib,
Doyunca çəkməyə bəxtim gətirib,
Onu ilim-ilim gözdən itirib,
Zornan göz yaşımı sildirdi dostlar.

Heç vaxt tək qalmağa qoymadılar ki,
Dolub-darılmağa qoymadılar ki!
Dəri soydurmağa, baş vurdurmağa,
Eh, şair olmağa qoymadılar ki,
Məni öpə-öpə “öldürdü” dostlar...

Qoy elə bilsinlər...
(Şəhidlərimizin xatirəsinə)

Siz Allah,
öləndə başdaşıma
yazmazsınız təvəllüdümü...
Qoy elə bilsinlər,
bir siravi əsgər kimi
mən də var idim
Beyrəyin dəstəsində,
Babəkin,
Şah İsmayılın qoşununda...
Elə bilsinlər,
Gəncə qapısında
Cavad xanla çiyin-çiyinə,
dağ çəkirdim yağıların ürəyinə.
Qoy elə bilsinlər,
Döyüşə-döyüşə düşmüşəm,
ərlərin sırasından,
üç gündən sonra
bir biyabanda tapıblar məni
şəhidlər arasında,
söykənmiş halda bir daşa-
Xıdırla,
Abbasla,
Fidaillə,
Saiqlə,
Rüstəmlə qoşa...

... o gedən qatar

Daha geri dönüb götürməz məni,
Mənim qatarımdı o gedən qatar.
Aparıb mənzilə yetirməz məni,
Mənim qatarımdı o gedən qatar.

Durmadan şütüyür elə baş alıb,
Ötür külək olub, uçur quş olub.
İçində sahibsiz bir yer boş qalıb,
Mənim qatarımdı o gedən qatar.

Özgələr baxdığı pəncərəsini
Bayırdan gözümün yaşı isladır.
Səslərəm, eşidib – duymaz səsimi,
Mənim qatarımdı o gedən qatar.

Taleyim belə ki, relsindən çıxıb,
Onsuz da yarımaz, hara üz tutar.
Bir ömür gözlərəm, ardınca baxıb,
Mənim qatarımdı o gedən qatar...

Yenə biz qalacağıq

Bu çayın sellənən suyuna baxma,
Axırı harasa axıb gedəcək.
Çaxan şimşəklərin hayına baxma,
Çaxdımı, yox olub çıxıb gedəcək,
Yenə bu dünyada biz qalacağıq.

Torpağa batıbdır qara daş daha,
Çəkib çıxartmağa güc çatan deyil.
O daşla yaxşıca vidalaş daha,
Bir də üzü bəri qayıdan deyil
Yenə bu dünyada biz qalacağıq.

Un keçir, kəpəyi qalır ələkdə,
Yetən bu oyunu apara bilmir.
Ən gurşad yağış da, ən bərk külək də,
Vurğundan bir sətir qopara bilmir.
Yenə bu dünyada biz qalacağıq.

Dünyaya namərd də gəlir, nə olar,
Quruca nəfəsi gəlib-gedəcək.
Bəlkə də lap bizə gülür, nə olar,
Uğunub-uğunub ölüb gedəcək.
Yenə bu dünyada biz qalacağıq.

Qalalar yanında bir qalacağıq,
Qalacıq yanında nəhəng bir qala.
Yenə bu dünyada biz qalacağıq,
Eh, təki biz qalan bu dünya qala...

Vəsfin üçün üz vurma

Sevgi şeirləri ta mənlik deyil,
Türfə gözəlləmə yazmıram daha.
Hər süzgün baxışa çilçıraq deyib,
Başımın üstündən asmıram daha.

İtdi o çağların səsi - sədası,
Bitdi, o məcnunluq havası bitdi!
Kərəmin Əsliynən qara sevdası,
Keşişin Kərəmnən davası bitdi!..

Daha mənim sevgim nə yar sevgisi,
Nə yar yanağında xal sevgisidi.
Amma bu dünyanın ən zor sevgisi,
Ən şirin sevgisi, bal sevgisidi.

Mehri doğmalara sal sevgisidi,
Onların qeydinə qal sevgisidi,
Nəvəyə oyuncaq al sevgisidi,
Tərsliyi tutarsa, hökm eləyərsə,

Lap özün oyuncaq ol sevgisidi...
Gözəl, vəsfin üçün üz vurma mənə,
Küs, qına, qəlbimi daş bil, qaya bil.
Aç Molla Pənaha dərdini yenə,
Sevgi şeirləri ta mənlik deyil…

Təqdim etdi: Akif Ağayev

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“... o gedən qatar” – Arif Fərzəlinin şeirləri

“... o gedən qatar” – Arif Fərzəlinin şeirləri

John Doe 6 saat əvvəl

Kitablar səltənətinin incisi: Abbasqulu ağa Bakıxanov “Məclisi-firəng”

Kitablar səltənətinin incisi: Abbasqulu ağa Bakıxanov “Məclisi-firəng”

John Doe 9 saat əvvəl

Kitablar səltənətinin inciləri: Süleyman Rəhimov “Şamo” romanı

Kitablar səltənətinin inciləri: Süleyman Rəhimov “Şamo” romanı

John Doe 2 gün əvvəl

Kitablar səltənətinin inciləri: Nəriman Həsənzadə “Yadına düşəcəyəm”

Kitablar səltənətinin inciləri: Nəriman Həsənzadə “Yadına düşəcəyəm”

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin inciləri: İlyas Əfəndiyev “Dağlar arxasında üç dost” romanı

Kitablar səltənətinin inciləri: İlyas Əfəndiyev “Dağlar arxasında üç dost” romanı

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Mədinə Gülgün “Sən gəlməz oldun”

Kitablar səltənətinin inciləri: Mədinə Gülgün “Sən gəlməz oldun”

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onko...

30 iyun 2026 14:18:58
• Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi }

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının...

29 iyun 2026 23:01:17
• Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib}

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı payla...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com