08 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Nəriman Qasımoğlu: Ratib Sukkərin "BAKI NAXIŞLARI" şeirinin tərcüməsi

1 il əvvəl 302 01

Nəriman Qasımoğlu:

Ratib Sukkərin "BAKI NAXIŞLARI" şeirinin tərcüməsi

Görkəmli suriyalı şair Ratib Sukkərin bir şeirinin tərcüməsini paylaşıram. Şeir vaxtilə onun Dəməşqdə çap olunmuş “Dostlardan daha yaxın, rəqiblərdən daha uzaq...” adlı poetik toplusunda dərc edilib.

BAKI NAXIŞLARI

Ruhdaşım, Azərbaycan şairi Nəriman Qasımoğluna

1

Bakı...

Sübh mehindən gözləri xumar-xumar

axır, axır pəncərələrdən yerə.

Söz-söz bitən nəmli-nəmli baxışlar

dönür dualara, qalxır göylərə.

Bu xumar baxışlar bir sübh çağında

oxlarıyla tuşlanır dan yerinə.

Yırğalanır göylərin qucağında,

dalır itən qaranlığın seyrinə.

2

Bakı...

Bir xalı üzərində

bir ağac naxışlanır.

Əl-qol atır budaqlar,

rəqs edir, xoşhallanır.

Bu rəqsin kölgəsində

bitir sevgi otları,

ilmə-ilmə gülüşür

şəhərin xatunları.

3

Gül üzləri qələmimlə çəkilmiş

qəlbimdə olanın təfsiri kimi,

zaman da kor olmuş, donub dayanmış

ən gözəl günümün təsviri kimi.

Çatdırır Xəzərin sevgilərini

dalğalar, çalınır bir sevgi marşı.

Qoşmaq istəyirəm eşqimə doğru,

mey kimi içirəm bu ismarışı.

4

Bakı... Sabahın xeyir,

ey dəniz sevdalısı!

Duyurursan, səslənir

həzin günəş laylası.

Sularda günəş əksi,

nurdan ocaq çatılar.

Bir eşq maviliyində

qayıqlar, qaraltılar...

5

Bakıyla dan yeri iki sevgili...

Tanrımı ucaltmış bu cüt xilqəti.

Sübh çağının yaxasında səslənir

bir könül söhbəti, bir hal söhbəti.

Qumlarının hər dənəsi eşq dolu

bir kəlmədir işıldayır, danışır.

Bu səhər yelinin zümzümələri

rəqs eləyən duyğulara qarışır.

6

Bakı...

Qapısı önündə Xəzər keşikçi,

neft sızan yarası qan qaraltısı.

Kim sancmış köksünə dərd nizəsini?!

Pozmuş əhvalını pul parıltısı.

Sevgili çöhrəsi bir örtük imiş

Xəzərin dərdinə, halsız halına.

Təni bir əğyarın əsirliyində,

aldanır aşiqlər öz xəyalına.

7

Bakı...

Naxışlanır bu şəhərdə

şeirlərim şəkillənir.

Yersiz-yurdsuz sətirlərim

bir gecənin sakinləri.

Qələmdir dirəklər küçələrində,

gecənin bəxtinə nələri yazar?

Dərdini işıqla yazıb göndərər

işığı azalan kor ulduzlara.

8

Bakı...

Gözəl vədlər toxunur

şadlıq ilmələrilə.

Şən nəğmələr oxunur

sağlıq kəlmələrilə

Bir laylamı səslənir

beşiyinin başında.

Yuxudadır, yox səmir

torpağında, daşında.

9

Bax, qiyamət saatı,

aşkarlamış sirləri.

Bu, azadlıq büsatı,

qoparmış zəncirləri.

Bax rəqslə dinər, gəzər

kölgələr, parıltılar.

Bu, ən gözəl mənzərə,

yoxluğu hey baltalar.

10

Səsləyib Xəzər məni,

görüşünə gəlmişəm.

Axıdıb göz yaşımı

özüm də göllənmişəm.

Yuyuram qollarından

neft daşıyan tankerin

kirli qalıqlarını,

yuyuram gözlərindən

bulanıq zamanların

sirli qalıqlarını.

11

Bakı...

Bir quş cəhcəhinin qanadlarında

ucalır göylərə şeirimin səsi.

Dan yeri açılan səhərə həsrət,

yırtır sözlərimlə zülmət qəfəsi.

12

Bakı...

İtmiş Azərbaycan gözümdən indi,

bir həsrət içində qəlbim qovrulur.

Bir acı rüzgarın önünə düşüb

ruhum qərib-qərib göyə sovrulur.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

Bakıda Qazaxıstan incəsənəti sərgisi açılıb

John Doe 21 saat əvvəl

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

John Doe 1 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 4 gün əvvəl

Arxeoloqlar Türkiyədə 2000 illik Afina heykəli aşkar ediblər

Arxeoloqlar Türkiyədə 2000 illik Afina heykəli aşkar ediblər

John Doe 1 həftə əvvəl

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

John Doe 1 həftə əvvəl

Üzeyir Hacıbəylinin ev muzeyində konsert keçirilib +FOTO=50

Üzeyir Hacıbəylinin ev muzeyində konsert keçirilib +FOTO=50

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com