Kitabxanada 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3№-li kitabxana filialının əməkdaşları Şuşada fəaliyyət göstərən könüllülər haqqında videoçarx hazırlayıb.
Videoçarxda könüllü qrupun Şuşada yerləşdirilməsi, şəhər ərazisi və burada fəaliyyət göstərən müvafiq dövlət qurumları ilə tanış olması haqqında məlumat verilir. Qeyd ounur ki, könüllülər şəhər ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, yeni açılmış muzeylərdə bələdçilik xidmətinin göstərilməsinə, Şuşada keçiriləcək tədbirlərin təşkilində iştiraka, buraya səfər edən yerli və xarici qonaqlarla işə, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya dəstəyə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.
İzləyicilərə məlumat verilir ki, 10 noyabr 2022-ci ildən “Şuşa Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.