06 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

BMT İranda yeni rezident koordinator təyin edib

BMT İranda yeni rezident koordinator təyin edib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Qukasyana 20 il cəza verildi

Qukasyana 20 il cəza verildi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Qəşəm Nəcəfzadə: NƏNƏ HEY

1 il əvvəl 306 01

Raife Serxan Qizi:

Mənim də, bir xatirə yadıma düşdü...

9-cu sinifdə oxuyanda 10- cu sunifdə oxuyan bir oğlan mənə məktub yazıb yaxın rəfiqəmdən yollayır rəfiqəm də gizlincə mətubu çantamda ədəbiyyat kutabımın arasına qoyur.

Dərs bitir evə gedirık və rəfiqəm ədəbiyyat kitabının arasına bir şey qoymuşam evdə götürərsən - dedi

Mən də evə çatan kimi kitabın arasını aradım ki, görəsən nə gətirib mənə?!

Məktubu oxuyan kimi rəngim saraldı...elə qorxdum ki...

Dedim bəs bu saat atam, qardaşlarım görəcək dünya alım dəyəcək birbirinə..

Bilmədim cəmi bir bənd, 4 sətir yazılmış bu kağız parçasını hara qoyum ?

Töşüyə - töşüyə qaçdım bağımıza kağızı yekə qoz ağacının dibində basdırıb üstünü də xəzəllə bağlsdım..

Hər kum bağa keçirdisə ürəyim qopurdu ki, birdən o kağızı çıxararlar...

Eyni poçta atılan o ağ kağız kimi..

Allaha yalvarırdım ki, kimsə tapmasın...

İndidə ordan keçəndə elə bilirəm orada kağlz yox, bir adam basdırmışam...

İndi başa düşürəm ki, elə doğrudan da bir adam, o kağızı çantama qoyan rəfiqəmi basdırdım !

Usta Veysel:

Barmaq boyda uşağıydım,

nənəmin əl uşağıydım...

Bir gözələ aşığıydım,

özümdən on-neçə il böyük.

Böyüdük, anam, böyüdük.

U.V.

Yəni "aynən öylə"... Böyüdük, yaman böyüdük...

Арабхан Мусеиб Оглу:

Allah bütün həyatdan geden Nənələrə rəhmət eləsin! Sizin yazdığınız hər kəsi düşündürməyə vadar edir.Var olun!!

Kərəm Kəlbəcərli:

Həm gözəl, həm bir birindən maraqlı xatirələrdi. Uşaqlıq illəri belədi də. Mən də, dəcəl olmuşam. Gizlənpaç oynayanda qaçıb nənəmin tumanının altonda gizlənərdim. Bir dəfə bir arı rurub nənəmin tumanının altına buraxdım. Onnan sonra nənəm həmişə əllərimi yoxlayıb sonra qoyurdu gizlənməyə.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir

Qəşəm Nəcəfzadə:

NƏNƏ HEY

Esse

Uşaq vaxtı dörd yaşıma qədər ağır xəstə olmuşam, nənəm uzaq bir kənddə mollaya baxdırıb. Molla deyib ki, üç günə öləcək. Qurban deyiblər ki, ölməyim. Üç gün keçib, görüblər yaxşılaşıram, qurbanımı kəsiblər.

Nənəm çox istədiyindən mənə “ərim” deyirdi. Qonşumuzda bir ərlik qız var idi, nənəm deyirdi onu sənə alacam. Qızın yanında deyirdi. Mən buna inanmışdım. Qız ərə gedəndə onların evlərini sapandla daşa basdım. Toyuqlarını həyətimizə qoymadım.

Balaca dostlarımla min hoqqadan çıxırdım, guya ağacla evlənmişdik. Hərəmizin bir ağac arvadı vardı. Mənim arvadım yoğun bir çinar idi. Hər gün arvadlarımızı qucaqlayırdıq.

Yalın ayağımla tozlu yollarda cığır çəkərdim, cığırlar gəlib bir-biri ilə kəsişəndə sevinərdim. Yol evimizin qabağından keçirdi, hər səhər nənəm süpürgə ilə cığırımı pozub yolun tozunu süpürərdi. Bir dəfə buna görə hirslənib nənəmin bir qazan dovğasını ocağın üstündən aşırıb qaçdım.

Məndən yaşca bir az böyük dostlarımdan biri şəhərdən mənə bir qız şəkli alıb gətirmişdi. Cibimdə gəzdirirdim, gündə üç-dörd dəfə evimizin çardağına çıxır, şəklin üzündən öpüb düşərdim. Ordan xəlvət yer tapa bilmirdim.

Nənəm bir dəfə atama dedi ki, deyəsən evin üstünə pişik çıxır, çardağa çıxışı bağla. Atam da bağladı. Sonra kənddən kənara iki kilometr yol gedib şəklə baxıb gəlirdim.

Kəndimizdə poçt qutusu vardı, bir dəfə qutuya bir ağ kağız parçası saldım. Qaçıb evə gizləndim, dedim, görəsən həmin kağız parçası hara gedib çıxacaq? Üstündə ünvan yox idi. Yəqin ki, ünvan olmadığına görə, kağız heç yerə getməyəcək, buna görə məni axtarıb tapacaqdılar! Uzun müddət fikir elədim... Elə bilirdim hökumət də üstünə ünvan yazılmayan o kağız parçasını düşünür. Bu saat hamının əsas fikri elə budur.

Nənəm öyrətmişdi ki, Allaha “Allah baba” deyim. Hər gün Allah babaya yalvarardım, o kağızı mən atdığımı bilməsinlər.

Telefon dirəklərinin yanında pis söz danışmazdım, elə bilirdim bütün telefon simləri hökumətin qulağına gedir. Nənəm belə demişdi.

Məndən yaşça böyük oğlanlar bir yerə yığılıb istədikləri qızdan danışırdılar. Yanlarına gedən kimi səslərini kəsir­dilər. Ciblərindən vazelin çıxarıb barmaqlarının ucunda alnıma azca sürtərdilər. Elə bilirdim ətirdi... Mən ətir gör­məmişdim. Bundan sonra onlardan uzaqlaşardım. Sonralar bildim ki, onlara nə zülmlər vermişəm.

Bir dəfə yaylaqda fermaya şəkil çəkən gəlmişdi, hamının şəklini çəkdi. Dedim, mənim də şəklim çək. O da aparatı üzümə tutub ağzı ilə “çık” elədi. Baş barmağını mənə göstərib “əla” – dedi. Dedim, şəklimi ver. O da əlini çantasına atıb bir dovşan şəkli çıxardı, dedi al, bu da sənin şəklin. Mən uzun müddət elə bildim ki, dovşan şəkli mənəm. Hamıya göstərirdim, elə bilirdim biz adam olanda belə oluruq, amma şəkil çəkdirəndə şəklimiz dovşan kimi çıxır.

Yeddi yaşımda birinci sinfə getdim, üç – dörd gündən sonra nənəmə dedim ki, daha mənim getdiyim bəsdi, indi də sən get. Nənəm məni dalına alıb aparırdı məktəbə. Sinif yoldaşlarım, ən çox da qızlar mənə baxıb gülürdülər. Nənəm məni sinfə qoyandan, yəni müəllimimizə təhvil verəndən beş – altı dəqiqə sonra dərsdən qaçırdım. Kəsə yolla nənəmdən tez gəlirdim evə. Nənəm gəlib görürdü ki, mən artıq evdəyəm.

Əlacsız qalan nənəm düz bir ay mənimlə bir partada oturdu. Nənəmsiz məktəbə getmirdim. Sonra nənəm yoruldu. Mən də bundan sonra heç məktəbə getmədim.

Müəllimlər dalımca evə gəlirdilər, məni tutub zorla aparardılar, birdən əllərindən çıxırdım, müəllimlər düşürdü dalımca, mənə çata bilmirdilər.

Kitabın, dəftərin iyi gələndə titim-titim titrəyirdim, gecə səhərə kimi ağlayırdım. İstəyirdim nənəm deyə ki, yaxşı, səhər dərsə getmə, Desəydi, o dəqiqə kiriyərdim.

Tək-tük dərsə gedəndə də riyaziyyatdan ev tapşırıqlarını köçürmək üçün parta yoldaşım dəftərini 20 qəpiyə mənə verərdi. Sən demə parta yoldaşım misalları başqasından on qəpiyə alıb, mənə iyirmi qəpiyə satırmış.

Amma mən də az aşın duzu deyildim, səkilli kartların hər birini dəqiqəsi on beş qəpikdən uşaqlara göstərirdim.

Dərsə getməməyimin əsas səbəblərindən biri kök bir qızın məni döyməsi idi. Utandığımdan dərdimi heç kəsə deyə bilmirdim. Qız da məni xəlvət döyürdü. Heç kim görmürdü.

Ən qorxduğum dərs bədən tərbiyəsi idi. Hələ oğlanlar bir yana, qızların hamısı uzunluğa məndən yaxşı tullanırdılar. Ən çox da məni döyən o qız...

Amma pişik, quş oynatmaqda, at minməkdə, araba düzəltməkdə, pəncərə şüşəsi sındırmaqda, qarpız qabığından maşın düzəltməkdə, nə bilim, cibində şəkilli kart gəzdirməkdə, hamısı məndən geri qalırdı.

Müəllimlər adımı jurnaldan pozmur, sinifdən-sinfə özləri keçirirdilər, deyirdilər guya yaxşı zehnim var (tərəkəmələrdə yaddaşa zehin deyirlər), mənə heyfləri gəlir.

Axır ki, 9-cu sinifdə dərsə getməyə məndə maraq oyandı. Sevirdim. Ardıcıl dərsə getməyə başladım. Onda həmin qız məndən utanırdı.

Şəkilli kartları həyətimizdə torpağa basdırdım.

Doqquzuncu sinifdən sonra yaxşı qiymətlə oxudum.

Sonra universitet... Kitablar... Görüşlər... Bakı... Xarici ölkələr...

İndi həmin məktəbim girişində mənim iri şəklimi asıblar. Ədəbiyyat otağında kitablarımdan ibarət guşə düzəldiblər. Bu yaxınlarda həmin məktəbin şagird və müəllim kollektivi ilə mənim şair kimi görüşüm oldu.

Müəllimlərim xatirə danışdılar.

Nənəm yadıma düşdü.

Görüşdə nənəm yox idi.

Nənəmi on yeddi ildir itirmişəm.

Kaş nənəm qapıdan girəydi...

Ay nənə, hey!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

John Doe 13 saat əvvəl

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

John Doe 18 saat əvvəl

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

John Doe 19 saat əvvəl

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

John Doe 3 gün əvvəl

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

John Doe 6 gün əvvəl

Xuraman Muradova: QARABAĞ

Xuraman Muradova: QARABAĞ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com