01 sentyabr 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər +FOTO=36

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər +FOTO=36

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
Siyasət

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

50 d. əvvəl 17 01

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı sözsüz ki, üzv ölkələrin hər biri üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında görüş çərçivəsində dövlət və hökumət başçıları ilə görüşü isə Azərbaycan üçün xüsusilə önəmlidir. Öncə onu qeyd edək ki, Azərbaycanın ŞƏT ilə əlaqələri 2016-cı ildə dialoq tərəfdaşı statusunun əldə olunması ilə rəsmiləşib və institusional xarakter alıb. Sonrakı dönəmdə isə bu platformada baş verən siyasi-struktural dəyişikliklər nəticəsində Azərbaycan “ŞƏT tərəfdaşı” statusunu qazanıb.
Bəs, Azərbaycan nəyə görə ŞƏT bloku və ya platforması ilə əməkdaşlığa xüsusi önəm verir? Əvvəla, bunun əsas səbəblərindən biri Azərbaycanın çoxvektorlu xarici siyasət yürütməsi ilə bağlıdır. Eyni zamanda, digər regional və qlobal əməkdaşlıq formatlarından, birliklərindən fərqli olaraq ŞƏT bu gün ən müxtəlif ölkələri birləşdirən, lakin onları ümumi, ortaq maraqlar əsasında bir araya gətirən yeganə dialoq platforması kimi diqqət çəkir. Digər qlobal ittifaqlarda isə (məsələn, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s.) fərqli mövqelərin bu şəkildə açıq dialoq masası ətrafında bir araya gəlməsi və qarşılıqlı faydalı əməkdaşlığa açıq olması real deyil. Hər kəsə məlumdur ki, Avropa İttifaqı üzv dövlətlərə münasibətdə olduqca sərt bürokratik qaydalar və məhdudiyyətlər tətbiq edir, onların suverenliyini məhdudlaşdırır. ŞƏT platformasında isə belə bir şey əsla mümkün deyil. ŞƏT-in əsas üstünlüklərindən biri onun blok xarakterli sərt ideoloji çərçivəyə söykənməməsidir. Bu platformada ölkələr bərabərhüquqlu tərəfdaş kimi çıxış edir və dövlətlərin daxili siyasi sisteminə, suveren seçimlərinə müdaxilə edən mexanizmlər yoxdur. Bu xüsusiyyət Azərbaycan üçün xüsusilə önəmlidir, çünki ölkə öz milli maraqlarını qoruyaraq əməkdaşlıq etdiyi bütün platformalarda qarşılıqlı hörmət və suveren bərabərlik prinsipini əsas götürür. Məhz bu baxımdan ŞƏT, müəyyən inteqrasiya birləşmələrindən fərqli olaraq, daha çevik və siyasi təzyiqdən uzaq dialoq mühiti yaradır.
Lakin buna baxmayaraq bu gün Azərbaycan Azərbaycan bir tərəfdən Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən isə ŞƏT bloku ilə əməkdaşlığını gücləndirir. Rəsmi Bakının çoxvektorlu xarici siyasət kursu eyni vaxtda bir-birilə tam fərqli qütblərdə mövqelənən bu iki platforma ilə səmərəli əməkdaşlıq münasibətləri qurmağa imkan verir. Bu xüsusda “niyə məhz ŞƏT?” sualına cavab verərkən təkcə ümumi siyasi yanaşmaya deyil, həm də Azərbaycanın konkret strateji maraqlarına söykənmək daha güclü nəticələr əldə etməyə zəmin yaradır. Az öncə də qeyd etdiyimiz kimi bu gün Azərbaycanın Aİ ilə paralel olaraq Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verməsinin əsas səbəblərindən biri onun çoxvektorlu və balanslı xarici siyasət kursu ilə bağlıdır. Bakı uzun illərdir ki, beynəlxalq münasibətlərdə yalnız bir mərkəzə bağlı qalmayan, fərqli geosiyasi qütblərlə eyni vaxtda dialoq qura bilən çevik diplomatik xətt yürüdür. Məhz bu kontekstdə ŞƏT Azərbaycanın maraqlarına uyğun platforma kimi çıxış edir. Çünki təşkilat həm regional, həm də qlobal gücləri bir araya gətirir və üzv, müşahidəçi, dialoq tərəfdaşı və tərəfdaş ölkələr üçün geniş əməkdaşlıq imkanları yaradır. Azərbaycan üçün bu, yalnız siyasi dialoq deyil, həm də iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində yeni körpülərin qurulması deməkdir.
Azərbaycanın bu platformaya marağını artıran başqa bir mühüm amil ölkəmizin olduqca əlverişli geostrateji mövqeyi ilə bağlıdır. Belə ki, bizim ölkəmiz Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii tranzit mərkəzlərindən biridir və bu mövqe ŞƏT üzvləri üçün də xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz, Şimal-Cənub nəqliyyat xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu Azərbaycanın yalnız regional deyil, qlobal logistik sistemdə rolunu gücləndirir. Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətləri ilə, o cümlədən Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşan sıx əməkdaşlıq əlaqələrinin Cənubi Qafqazı və Mərkəzi Asiyanı “bir yol, bir kəmər” halına gətirməsi isə ŞƏT çərçivəsində əməkdaşlıq imkanlarını daha da artırır. ŞƏT çərçivəsində əməkdaşlıq bu üstünlüklərin daha geniş coğrafiyada tanıdılmasına və praktik layihələrə çevrilməsinə imkan yaradır. Yəni Azərbaycan üçün ŞƏT sadəcə diplomatik platforma deyil, həm də nəqliyyat və ticarət qovşağı kimi mövqeyini möhkəmləndirən strateji alətdir.
Eyni zamanda, ŞƏT-in iqtisadi çəkisi də nəzərə alınmalıdır. Təşkilat çərçivəsində dünyanın ən böyük bazarlarından bəziləri təmsil olunur və bu, Azərbaycan üçün ixrac, investisiya, sənaye əməkdaşlığı, texnologiya və enerji sahələrində əlavə imkanlar yaradır. Xüsusilə qeyri-neft sektorunun şaxələndirilməsi, kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və sənaye parklarına xarici sərmayənin cəlb olunması baxımından belə platformalar mühüm rol oynayır. Bu səbəbdən ŞƏT-lə əməkdaşlıq təkcə siyasi jest deyil, həm də iqtisadi gəlirlilik maraqları daşıyan praktiki seçimdir.
Bundan başqa, Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir. ŞƏT-in fəlsəfəsi də məhz qarşıdurmadan daha çox qarşılıqlı anlaşma, təhlükəsizlik, sabitlik və əməkdaşlıq üzərində qurulub. Belə bir mühitdə Azərbaycan özünü yalnız müşahidəçi kimi deyil, həm də yeni təşəbbüslər irəli sürə bilən etibarlı tərəfdaş kimi təqdim edə bilər. Bu isə ölkənin beynəlxalq nüfuzuna əlavə dəyər qatır və Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif blok və alyanslarla əməkdaşlığın əhəmiyyətini də artırır. Bu baxımdan Prezident İlham Əliyevin ŞƏT-in Bişkekdə keçirilən Zirvə toplantısında fəal iştirakı və liderlərlə ikitərəfli görüşləri ölkəmizin bu mühüm platformada nüfuzunun daha da artdığını göstərir. Bu gün ŞƏT kimi qlobal bir platformanın Azərbaycanı öz tərəfdaşı kimi görməsi İlham Əliyevin siyasi-diplomatik səylərinin nəticəsidir. Prezidentin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycan artıq orta güc dövlətinə çevrilib. Bu isə ŞƏT, Avropa İttifaqı kimi qlobal alyanslarla, eləcə də Çin və ABŞ kimi supergüclərlə əməkdaşlıq imkanlarımızı daha da artırır və beynəlxalq gündəliyə təsir göstərə bilmək üçün zəmin yaradır.

Əlisahib Hüseynov

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26

John Doe 37 d. əvvəl

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

Azərbaycan beynəlxalq münasibətlərdə regional sabitlik və çoxtərəfli dialoq xəttini dəstəkləyir

John Doe 50 d. əvvəl

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5

John Doe 1 saat əvvəl

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər +FOTO=36

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər +FOTO=36

John Doe 5 saat əvvəl

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10, VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10, VİDEO

John Doe 23 saat əvvəl

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib +VİDEO, FOTO=5

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib +VİDEO, FOTO=5

John Doe 1 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26

İlham Əliyevin “ŞƏT plyus” formatında gö...

1 sentyabr 2026 23:12:32
• İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5}

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO...

1 sentyabr 2026 22:17:29
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər +FOTO=36}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 6-cı Dünya Kö...

1 sentyabr 2026 18:24:21
• Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FOTO=10, VİDEO}

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub +FO...

31 avqust 2026 23:50:20
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com