Məmməd Əvəzoğlu:
Uşaq olanda
Qohum da, qonşu da bizi öpərdi,
Atılıb-düşərdik, günlər ötərdi,
Nə iş dərdi vardı, nə çörək dərdi,
Azar-bezarımız yox idi onda,
Biz xoşbəxt olmuşuq uşaq olanda.
Hər cürə oyunlar bizə xoş idi,
Xan-vəzir, gizlənpaç, qızılquş idi,
Çöldə kol dibi də bizə nuş idi,
Evcik düzəldərdik kölgə-dalanda,
Biz xoşbəxt olmuşuq uşaq olanda.
Qızlar bəzəyərdi beşik-bələyi,
Genişdi hamının kiçik ürəyi,
Dost ilə bölərdik yağlı çörəyi,
Eşşək düzəldərdik, nalçə-palan da,
Biz xoşbəxt olmuşuq uşaq olanda.
Oyuncaq yığardıq- qoz, palıd gilə,
Küçədə səsimiz çıxardı zilə,
Baxmazdıq istiyə, soyuq fəsilə,
O qədər hərarət var idi canda...
Biz xoşbəxt olmuşuq uşaq olanda.
Məmməd Əvəzoğlu.16.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.