Məmməd Əvəzoğlu:
Çıx get
Elə zənn eyləmə ki, qulluq edirsən vətənə,
Sadəlöv olma ki, rəhmət oxuyarlar dədənə,
Ürəyin tab eləmir, dərmanı al, vur bədənə,
Bilərəkdən qapına çal yekə bir mıx, çıx get!
Üç gələr, yeddi gələr, sonra gələr qırx, çıx get!
Məsləhət pulsuz olub, bir sürüdür danlayanın,
Arxadan hərzə xoruzlar kimi çox banlayanın,
Hərənin dərd yükü var, olmayacaq anlayanın,
Ağrılar şiddət edir? Dişlərini sıx, çıx get!
Üç gələr, yeddi gələr, sonra gələr qırx, çıx get!
Təzə nazir yerinə keçdi, harınlaşdı.Niyə?
O filankəs neçə milyon görürüb qaçdı.Niyə?
Səbr edən milləti-zarın kasası daşdı.Niyə?
Hamının dərdini çək, öz evini yıx, çıx get!
Üç gələr, yeddi gələr, sonra gələr qırx, çıx get!
Canavarlar sürüsündə hamı olmuş əlbir,
Yoxdu, heç olmayacaq millətə dair tədbir,
Yüz il əvvəl də deyib Mirzə Ələkbər Sabir,
Sən də əlyazmaları taxçalara yığ, çıx get.
Üç gələr, yeddi gələr, sonra gələr qırx,çıx get!
Hər tərəfdə qırılır muş kimi ümmət, sənə nə?
Qalmayıb ölkədə çün zərrə ədalət, sənə nə?
Ay Məhəməd, yuxudan durmadı millət, sənə nə?
Süfrədə bir tikə şor-əppəyini tıx, çıx get.
Üç gələr, yeddi gələr, sonra gələr qırx,çıx get!
Məmməd Əvəzoğlu.17.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.