Məmməd Rauf:
O, qələmin kövrək, sözün gerçək sahiblərindən idi...
Azərbaycanın əməkdar mədəniyyət işçisi, nəğməkar şair, babam İbrahim Göyçaylı həyatda olsaydı 88 yaşını qeyd edəcəkdi. O, qələmin kövrək, sözün gerçək sahiblərindən idi... ədəbiyyatşünas şair idi. Bu gün o, şeirləri ilə və sözlərinə yazılan nəğmələrlə yaşayır. Sözləri və şeirləri ilə yaşayan ruhunun 88-ci ilində onu bu şeiri ilə xatırlayır, rəhmət diləyirəm:
Çağlayır bu gecə sevda qanımda
Ovcumun içində ruhum da oyaq.
Bu xoş saatımda, bu xoş anımda,
Elə bil, heç səhər açılmayacaq.
Bu gecə nə sakit, nə həlim gecə,
Oyadıb qaragün sakit duyğumu.
Alıbdı əlimdən, alıb necə də
Narahat yuxumu, dəcəl yuxumu.
Elə bil, əlləri saçımda gəzir,
Baxışı üzümdə sığal, yel kimi.
Mən ona vurğunam, o mənə əsir,
Axır ürəyimə, axır sel kimi.
İndi dünya mənim, bu gecə mənim,
İndi qol-boyunam məhəbbətimlə.
Min illik günümə bu gecə qənim,
Aldım qisasımı mən həsrətimdən.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.