Məmməd Əvəzoğlu:
Yada sal məni
Sevgimiz alışıb dönsə də külə,
Çalış ki, ürəyin həmişə gülə,
Baharda qoşulub gülə, bülbülə,
Nəğmələr qoşanda yada sal məni.
Qəlbini titrətsə hicranın yeli,
Güzgüdə sayanda ağaran teli,
Payızda üstünə gəlsə qəm seli,
Başından aşanda yada sal məni.
Əlin yetişməsə doğma kəsinə,
Hay verən olmasa sənin səsinə,
Ağlamaq istəsən dəlicəsinə,
Ürəyin coşanda yada sal məni.
Nə deyim bu düyün düşən kələfə,
Yazıb məktubları düzürəm rəfə,
Səhvən yolun düşsə bizim tərəfə,
Ayağın çaşanda yada sal məni.
Payız sevənlərin xoşuna gəlir,
Hər bəla sevginin başına gəlir,
Ömrümüz ömrünün qışına gəlir,
Yarpaqlar düşəndə yada sal məni.
Məmməd Əvəzoğlu.09.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.