Aləmzər Sadıqqızı:
VƏTƏN
İndidən darıxdım getmir ürəyim...
Gedirəm mən səndən gələnə qədər.
Bir ovuc göz yaşı, bir az sənsizlik,
Götürdüm yoluma dönənə qədər.
Səninlə yandırdım bu şam ömrümü,
Səhər könlün aldım axşam ömrümün,
Hələ pərvanəsiyəm nakam ömrümün,
Eşqinlə yanacam sönənə qədər...
Sən mənim dünyada ən uca dağım,
Sevgilim, sevincim, ruhum və canım.
Aldığım nəfəsim , bədəndə qanım,
Mən səni sevəcəm ölənə qədər!
Ömür bir sehrli taxtdı əzəldən,
Ağladıb güldürən baxtdı əzəldən
Bir həsrət könlümü yıxdı əzəldən,
Dözüb dayanacam yenənə qədər.
Aləməm mən səni gözəl sevirəm,
Yolunda canımı qurban deyirəm.
Vətən, ürəyimi sənə verirəm,
Qaytarıb özümə verənə qədər...
30.4.2015.
P.S..kiçik dəyişiklərlə.
Bu şeir ilk dəfə Türkiyəyə gedərkən yazılıb...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.