Məmməd Əvəzoğlu:
Biz necə yaşadıq, gülüm
Nə qədər yaxın olmuşuq, bir o qədər yadıq, gülüm,
Bizə bəxtəvər dedilər, bəxtəvər olmadıq, gülum.
Gözümüzün üstündədir doğmaların, yadın yeri,
Özgələrin sevincinə hər bir zaman şadıq, gülüm.
Hamıya ağlayan gözüm özünə gün ağlamadı,
İçimizdə yana-yana həmişə ağladıq, gülüm
Qurduğumuz tamaşanı oynamaqdan yorulmuşuq,
Bəzi düşmən ürəkləri beləcə dağladıq, gülüm.
Dostun, yadın baxışında hiss elədik,sən də, mən də,
Leyli-Məcnun olmasaq da, Şirinlə Fərhadıq, gülüm.
Yorulunca qanad çaldım, qəfəsdən çıxa bilmədim,
Baxanlar elə bildilər quş kimi azadıq, gülüm.
Məhəmməd, etirafların çoxlarına müəmmadır,
Anlamayan nə biləcək biz necə yaşadıq, gülüm.
Məmməd Əvəzoğlu.24.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.