Məmməd Əvəzoğlu:
Hardasan indi?
Könlüm səni istər, gözəlim, hardasan indi?
Neyçün sənə heç yetmir əlim, hardasan indi?
Sanki həyatın ləzzətini aldın apardın,
Ey ləbləri şirin, məzəlim, hardasan indi?
Hərdən ürəyim də dayanır, bilməz idim mən,
Dərd oldu mənə öz əməlim, hardasan indi?
Quş tək niyə pərvaz eləyib uçdun əlimdən,
Qalxım göyə lap ərşi dəlim, hardasan indi?
Bilsəm geriyə dönməyəcəksən, sevinərdim
Gəlsəydi qəfildən əcəlim, hardasan indi?
Qatdım başımı yazmaq ilə, dərdim azalsın,
Yatmır cana heç bir qəzəlim, hardasan indi?
Sən heç kimə yox, öz yerini Məmmədə söylə,
İnsaf elə, qoy mən də gəlim, hardasan indi?
Məmməd Əvəzoğlu.20.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.