Elman Eldaroğlu:
“Azadlıq” deyəndə az qalırdı ki, qəlbi sinəsindən tullansın
Xəlil Rza Ulutürk- 92
“Azadlığı istəmirəm zərrə- zərrə, qram- qram
Qolumdaki zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
İstərəm səma kimi!
Günəş kimi!
Cahan kimi!
Çəkil!
Çəkil, ey qəsbkar!
Mən bu əsrin gür səsiyəm!
Gərək deyil sısqa bulaq.
Mən ümmanlar təşnəsiyəm!”
Bəlkə də Azərbaycanın yeganə ictimai-siyasi xadimidir ki, oğlu Vətən yolunda şəhid olub…
“Azadlıq” deyəndə az qalırdı ki, qəlbi sinəsindən tullansın, gözləri o qədər geniş açılırdı ki, bəbəkləri hədəqəsindən çıxmağa can atırdı…
Rahat ömür sürmədi, elə əzab əzab dalınca, yaşadı. Və nəhayət arzuladığı AZADLIĞA nail oldu. 1994-cü ildən azadlığın meqapolisi- bu dünyanın o dünyadakı paytaxtı Bərzəxdə məskunlaşıb. Bəli, onun ruhu bu dünyaya yerləşmirdi…
Yaşasaydı, oktyabrın 21-də 92 yaşı tamam olacaqdı.
Yeri rahat olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.