Lənkəran- Astara iqtisadi rayonu -Bələdiyyələrin birləşməsində kim uddu, kim uduzdu?
Bölgəmizdə 167 bələdiyyə qurumundan 81-i qalacaq
Təxminən 2 aydan sonra 25 yaşı tamam olacaq Azərbaycan bələdiyyələrinin sayı zaman-zaman azaldıqca onların yoxluğu daha çox hiss olunur. Onları “ölü doğulan uşağa” bənzədənləri də qınamaq çətindir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı təhlil aparmaq da çətindir. Çünki onların nə qazandığı və qazandığını necə xərclədiyi haqqında məlumatlar əldə etmək çox müşküldür.
Yalnız hər hansı bələdiyyə ilə bağlı cinayət işi açılanda bilirsən ki, filan bələdiyyə neçə 100 min manat pul mənimsəyib.
Yaşı 25-ə yaxınlaşsa da hələ də bələdiyyələr icra hakimiyyətinin “boyunduruğundan” çıxa bilmir. Hətta bəzi bələdiyyələrin möhürü yerli ərazi nümayəndələrinin cibindədir.
Eləcə də bələdiyyə üzvləri özü belə bilmir ki, onların sədri nə qazanır və necə xərcləyir.
Bu mövzuda saatlarla danışıb, yüzlərlə nümunə gətirmək olar. Bəs, bələdiyyələrin sayının yarıdan çoxunu azaltmaq nəyi dəyişəcək?
Ötən yazımızda bildirdiyimiz kimi, hər rayonda neçə bələdiyyə olacaqsa, bir o qədər də ərazi nümayəndəliyinin olacağı gözlənir.
Məsələn, Masallıdakı Hişgədərəbələdiyisənin ərazisində 3 ərazi nümayəndəliyi – Tüklə, Hişkədərə və Müyankü ərazi nümayəndəliyi fəaliyyət göstərəcək.
Rayonumuzda yerləşən Tüklə kəndi uzun illərdir ki, “mövqelərini” itirir. Rayonun yeganə pioner düşərgəsi bu kənddə idi. İndi izi-tozu da yoxdur. Bu ərazidə 2 məktəb var idi, indi biri qalıb. O da qəzalı vəziyyətdə olduğu üçün qapıları bağlanıb, şagirdləri kənddəki yardımçı binalara yerləşdirilib.
Yaxud, Qızılağac kəndi əhalisinə görə Viləşdən çox olsa da, mərkəz Qızılağac yox, Viləş seçilib. Qızılağacın təxminən 15-20 hektar bələdiyyə torpağı olsa da, Viləşindemək olar ki, bələdiyyə torpağı yoxdur.
Qısası, bu birləşmə maraqlı suallar doğurub. Masallıda hər bələdiyyə hər ay “kommunxoza” 300 manat zibil pulu verir. İndi Hişgədərə ərazisində 3 bələdiyyə birləşəndə zibil pulu azalacaq, ya artacaq?
Bəzi bələdiyyələr verdikləri torpaqların yenidən böləcəkmə?
Ərazi nümayəndələri də bu qaydada birləşərsə və buna görə Masallı kimi rayonda 18 nümayəndəlik ləğv olunub, oradakı ştatlar ləğv edilsə (hər birində azı 4 nəfər işçi çalışır) ən azı bir rayonda 50 nəfərdən artıq yeni işsizlə dəstəsi yaranacaq.
Nə isə. Bu söhbəti zamanın axarına buraxaq. Hələlik isə bölgə üzrə birləşəcək bələdiyyələrlə bağlı məlumatı diqqətinizə çatdırırıq.
Astara |
15- 6 |
Lənkəran |
34 - 24 |
Cəlilabad |
35- 14 |
Masallı |
36-18 |
Lerik |
29-10 |
Yardımlı |
30-9 |
Göründüyü kimi Lənkəran-Astara iqtisadi rayonu üzrə 167 bələdiyyədən cəmi 68-i qalacaq.
Ən çox bələdiyyə Lənkəran (24 bələdiyyə), ən az bələdiyyə Astara (6 bələdiyyə) rayonlarında olacaq.
Astara rayonu üzrə: Bu vaxta qədər 15. Birləşdikdən sonra 6 bələdiyyə olacaq
1. Artupa, Ərçivan v Şuvi bələdiyyələrinin əhatə etdiyi Ərçivan qəsəbəsində və Alaşa, Artupa, Deqadi, Sekəşan, Səlivə, Səncərədi, Sərək, Siyətük, Şuvaş, Şuvi, Vəznəş, Züngüləş kəndlərində Ərçivan bələdiyyəsi;
2. Asxanakəran, Hamoşam və Siyakubələdiyyələrinin əhatə etdiyi Anbuba, Asxanakəran, Azaru, Bəlbay, Bili, Binabəy, Bio, Bursut, Çüvaş, Dəstor, Əkbərməhəllə, Giləparqo, Giləşə, Hamoşam, Həsin, Kamlakan, Klınbi, Qanqalaş, Lələkəpeştə, Liəzi, Lobir, Marzəsə, Miki, Motalayataq, Reqloba, Rıvadila, Rinə, Sığaloni, Sıhəkəran, Siyakeş, Siyaku, Şağlazüzə, Şıxəməhlə, Şıxımpeştə, Taxtanəkəran, Toradi, Vaqadi, Vaqo, Vıləparqo və Viləşəkəndlərində Siyaku bələdiyyəsi;
3. Astara və Rudəkənar bələdiyyələrinin əhatə etdiyi Astara şəhərində və Qapıçıməhəllə, Məsçitməhəllə, Rudəkənar, Seləkəran, Suparibağ kəndlərində Astara bələdiyyəsi;
4. Kakalos və Pensər bələdiyyələrinin əhatə etdiyi Bala Şahağac, Çayoba, Kakalos, Kolatan, Qamışoba və Pensər kəndlərində Pensər bələdiyyəsi;
5. Kijəbə, Pəlikəş və Təngərudbələdiyyələrinin əhatə etdiyi Kijəbəqəsəbəsində və Avyarud, Burzubənd, Çükəş, Diqo, Dolu, Dürriyə, Xıçaso, Lomin, Maşxan, Noyabud, Ojakəran, Ovala, Pəlikəş, Sım, Sibiyyət, Sipiyaəlfətik, Sipiyəpart, Şəmətük, Şəvqo, Şümrüd, Təngərüd, Tüləküvan, Vənəşikəş, Vovadakəndlərində Kijəbə bələdiyyəsi;
6. Şahağac və Şiyəkəran bələdiyyələrinin əhatə etdiyi Şahağac və Şiyəkəran kəndlərində Şahağac bələdiyyəsi.
Cəlilabad rayonu üzrə: Bu vaxta qədər 35bələdiyyə olub. Birləşdikdən sonra onların sayı 14 olacaq.
1. Ağdaş və Privolnoye bələdiyyələrinin əhatə etdiyi Ağbulaq, Ağdaş, Axtaxana, Çünzəli, Darılıq, Fətullaqışlaq, Güneyli, Hacıcavadlı, Oğrubulaq, Privolnoye, Soyuqbulaq və Vənlik kəndlərində Ağdaş bələdiyyəsi;
2. Astanlı, Kürdlər və Zopun bələdiyyələrinin əhatə etdiyi Abdullu, Astanlı, Cəfərli, Çünəxanlı, Dövlətalıbəyli, Eçara, Fərzili, Həsənli, Xanılı, Kürdlər, Məşədi Hüseynli, Mollalı, Porsava, Suluçeşmə və Zopun kəndlərində Kürdlər bələdiyyəsi;
3. Badamağac və Ləkin bələdiyyələrinin əhatə etdiyi Badamağac, Buravar, Əsədli, Ləkin, Musalı və Şatırlı kəndlərində Ləkin bələdiyyəsi;
4. Boyxanlı və Şorbaçı bələdiyyələrinin əhatə etdiyi Boyxanlı, Dostallı, Mədətli, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Novruzallı, Şorbaçı, Şötüklü və Yusifli kəndlərində Boyxanlı bələdiyyəsi;
5. Cəlayir və Təklə bələdiyyələrinin əhatə etdiyi Abazallı, Babalı, Cəlayir, Lallar, Mirzəli və Təklə kəndlərində Təklə bələdiyyəsi;
6. Cəlilabad və Seyidbazar bələdiyyələrinin əhatə etdiyi Cəlilabad şəhərində və Hacıismayıllı, Hasıllı, Sadatlı, Seyidbazar kəndlərində Cəlilabad bələdiyyəsi;
7. Cəngan və Kövüzbulaq bələdiyyələrinin əhatə etdiyi Ağusəm, Cəngan, Çinar, Edişə, Fərəcullalı, Kövüzbulaq, Ləzran, Soltankənd, Tahirli və Zəhmətabad kəndlərində Cəngan bələdiyyəsi;
8. Əliqasımlı, Gülməmmədli və Qarakazımlı bələdiyyələrinin əhatə etdiyi Babaxanlı, Bədirli, Dələli, Əliqasımlı, Ətcələr, Gülməmmədli, Qarakazımlı, Məmmədcanlı, Moranlı, Sarxanlı, Şükürlü və Zərbəli kəndlərində Gülməmmədli bələdiyyəsi;
9. Xanəgah və Mikayıllı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Xanəgah, Qarğılı, Mikayıllı, Pərdi və Türkelli kəndlərində Xanəgah bələdiyyəsi;
10. Kazımabad və Muğan bələdiyyələrinin əhatə etdiyi Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində Muğan bələdiyyəsi;
11. Qarazəncir və Sabirabad bələdiyyələrinin əhatə etdiyi Qarazəncir, Ocaqlı və Sabirabad kəndlərində Qarazəncir bələdiyyəsi;
12. Sərhədabad, Şabanlı və Şiləvəngəbələdiyyələrinin əhatə etdiyi Abışabad, Adnalı, Əliabad, Hacıməmmədli, İnili, Qasımbəyli, Məşədivəlli, Mirtəhməzli, Sərhədabad, Şabanlı və Şiləvəngəkəndlərində Şiləvəngə bələdiyyəsi;
13. Təzəkənd və Üçtəpə bələdiyyələrinin əhatə etdiyi Cəfərxanlı, Təzəkənd və Üçtəpə kəndlərində Üçtəpə bələdiyyəsi.
14. Göytəpə bələdiyəsi
Lerik rayonu üzrə: Bu vaxtadək 29 olub. Birləşdikdən sonra 10 bələdiyyə qalacaq.
1. Blaband, Nuravud və Orand bələdiyyələrinin əhatə etdiyi Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Köhnə Orand, Lüləkəran, Nuravud, Orand, Osnağakücə, Sorsçay, Şinəbənd və Zərdəbərə kəndlərində Blabandbələdiyyəsi;
2. Bürsülüm, Conu, Dəstər və Siyov bələdiyyələrinin əhatə etdiyi Akuşəpeştə, Ancəqov, Bobla, Bradi, Bürsülüm, Conu, Dəstər, Dızdipok, Hamarat, Hovil, Hübi, Xəlifəhoni, Qəvoy, Qılqılov, Qışlaq, Ləkər, Loda, Nosovyədi, Siyov, Tülü, Vənədi, Vıjaker, Vılık, Vov və Zeynəko kəndlərində Siyov bələdiyyəsi;
3. Cəngəmiran və Lerik bələdiyyələrinin əhatə etdiyi Lerik şəhərində və Cəngəmiran, Hıramo, Pirzəkücəkəndlərində Lerik bələdiyyəsi;
4. Çayrud və Monidigah bələdiyyələrinin əhatə etdiyi Andurma, Anzolu, Çayrud, Həzovi, Jindi, Monidigah, Nisli, Pendi, Piyəkücə, Rvarud və Təngəbin kəndlərində Çayrud bələdiyyəsi;
5. Əliabad, Kirəvud, Nücü və Nüvədi bələdiyyələrinin əhatə etdiyi Aran, Boykəndi, Brkandul, Buruq, Camaşəir, Davıdonu, Əliabad, Ərdəbilə, Gürdəsər, Haftonu, Kirəvud, 40-cı kilometr, Lələdulan, Lərmərud, Musavar, Nücü, Nüvədi, Ordahal, Rəzəvül, Soru, Vamazğon və Vistən kəndlərində Əliabad bələdiyyəsi;
6. Kələxan, Qosmalıan, Mistan və Pirəsorabələdiyyələrinin əhatə etdiyi Aşağı Amburdərə, Büzeyir, Çökərə, Digah, Digov, Digovdərə, Divağac, Göydərə, Halabın, Hilədərə, Hiveri, Hoveri, Hüseynabad, Xəlifəkənd, Xocadoy, Kələxan, Kəlvəz, Qələsər, Qışlaq, Qosmalıan, Lələhiran, Məhləabad, Mistan, Pirəsora kənd inzibati ərazi dairəsinə daxil olan Pirəsora, Mistankənd inzibati ərazi dairəsinə daxil olan Pirəsora, Rəzgov, Şonaçola, Tatoni və Yuxarı Amburdərə kəndlərində Qosmalıanbələdiyyəsi; (29 kəndi birləşdirir)
7. Livədirqə, Molalan və Şingədulan bələdiyyələrinin əhatə etdiyi Ağqışlaq, Durğan, Əvilə, Küman, Qədimkücə, Laman, Livədirqə, Mastail, Molalan, Murya, Nüsomurya, Sors, Şingədulan, Yuxarı Bilnə və Zenoni kəndlərində Şingədulan bələdiyyəsi;
8. Piran, Tikəband və Veri bələdiyyələrinin əhatə etdiyi Axunahiran, Babakücə, Davradibi, Dico, Hücü, , Küsəkəran, Qələbin, Qışlaq, Nıso, Piran, Təndul, Tikəband, Veri, Veri Əliabadı, Zardoni və Zərigümaco kəndlərində Veri bələdiyyəsi;
9. Noda və Vizəzəmin bələdiyyələrinin əhatə etdiyi Almu, Babagil, Bibiyani, Bilnə, Cəngənəvud, Günəşli, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Noda, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli və Vizəzəmin kəndlərində Vizəzəmin bələdiyyəsi;
10. Osyodərə və Züvüc bələdiyyələrinin əhatə etdiyi Arta, Biləvər, Bülüdül, Çeşman, Geskon, Gəndov, Xanəgah, Kekonu, Osyodərə, Şivlə, Zövnə və Züvückəndlərində Osyodərə bələdiyyəsi.
Lənkəran rayonu üzrə: Bundan əvvəl 34olub. Birləşdikdən sonra
Lənkəran və Liman şəhərini çıxmaq şərti ilə 9-u qalacaq.
1. Aşağı Nüvədi, Siyavar və Viyən bələdiyyələrinin əhatə etdiyi Aşağı Nüvədi qəsəbəsində və Kənarmeşə, Küvənil, Seyidəkəran, Siyavar, Şilim, Vel, Viyən kəndlərində Aşağı Nüvədi bələdiyyəsi;
2. Balıqçılar və Nərimanabad bələdiyyələrinin əhatə etdiyi Balıqçılar və Nərimanabad qəsəbələrində Nərimanabad bələdiyyəsi;
3. Biləsər və Səpnəkəran bələdiyyələrinin əhatə etdiyi Biləsər, Ələzəpin, Mikolan, Seliqavol, Səpnəkəran, Vıyvə Yuxarı Nüvədi kəndlərində Səpnəkəran bələdiyyəsi;
4. Gəgiran və Günəhir bələdiyyələrinin əhatə etdiyi Bəliton, Dıryan, Gəgiran, Günəhir, Horavenc, Jidi, Köhnə Gəgir, Qodəsə, Şivlik, Tuado və Türkəncil kəndlərində Gəgiran bələdiyyəsi;
5. Havzova və İstisu bələdiyyələrinin əhatə etdiyi İstisu qəsəbəsində və Havzovakəndində İstisu bələdiyyəsi;
6. Hirkan və Xanbulan bələdiyyələrinin əhatə etdiyi Hirkan qəsəbəsində və Aşağı Apu, Bürcəli, Daştatük, Xanbulan, Parakənd, Rəzvan, Sərinbulaq kəndlərində Hirkan-Xanbulan bələdiyyəsi;
7. Kərgəlan və Şağlakücə bələdiyyələrinin əhatə etdiyi Ballabur, Darquba, Kərgəlan, Lüvəsər, Səbir və Şağlakücə kəndlərində Kərgəlan bələdiyyəsi;
8. Separadi və Zövlə bələdiyyələrinin əhatə etdiyi Separadi, Tükəvilə və Zövlə kəndlərində Separadi bələdiyyəsi;
9. Vilvan və Viravul bələdiyyələrinin əhatə etdiyi Vilvan və Viravul kəndlərində Vilvanbələdiyyəsi.
Lənkəran bələdiyyələri ilə bağlı əlavə onu da bildirək ki, bu rayonunda aşağıda adlarını sadalayacağımız şəhər, qəsəbə və kəndlərdə əhalinin sayı 3 mindən, ev təsərrüfatlarının isə sayı 1000-dən çox olduğu üçün onlar digər bələdiyyələrə birləşməyib. Hər ikisini cəmlədikdə isə Lənkəran rayonunda birləşmədən sonra 24 bələdiyyə olacaq. (9+15=24)
Lənkəran, Liman şəhər, Göyşaban, Şiləvar, Sitəmurdov, Gəmətük, Şürük, Xolmili, , amusta, Şıxakəran, Şaqlaser , Hatoni, Rivo, Osaküçə, Girdəni.
Masallı rayonu üzrə:
Bundan əvvəl 36 bələdiyyə olub. Birləşdikdən sonra 18 bələdiyyə qalacaq.
Masallı şəhəri, Ərkivan və Boradigah qəsəbələri, eləcə də Təzə Alvadı kəndi istisna olmaqla
1. Banbaşı və Yeyənkənd bələdiyyələrinin əhatə etdiyi Abasbəyli, Banbaşı, Binə Xocavar, Böyük Xocavar, Xəlfələr və Yeyənkənd kəndlərində Banbaşı bələdiyyəsi;
2. Bədəlan və Qızılavar bələdiyyələrinin əhatə etdiyi Aşurlu, Bədəlan, Çayqıraq, Dəlləkoba, Dəmirçi və Qızılavar kəndlərində Bədəlan bələdiyyəsi;
3. Çaxırlı və Təklə bələdiyyələrinin əhatə etdiyi Bala Təklə, Çaxırlı, Xoşçobanlı, İmanlı, Kəlbəhüseynli, Ləngan, Mollahəsənli, Sarıcəfərli, Sığıncaq və Təklə kəndlərində Təklə bələdiyyəsi;
4. Göyəçöl, Lürən və Musakücəbələdiyyələrinin əhatə etdiyi Göyəçöl, Lürən, Musakücə, Pircana və Yusifli kəndlərində Musakücə bələdiyyəsi;
5. .Güllütəpə və Köhnə Alvadı bələdiyyələrinin əhatə etdiyi Əmirtürbə, Güllütəpə, Köhnə Alvadı, Köhnə Zuvand, Tatyanoba, Yeni Zuvand və Yolağackəndlərində Güllütəpə bələdiyyəsi;
6. Həsənli və Xırmandalı bələdiyyələrinin əhatə etdiyi Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı, Köcəkli, Məmmədxanlı və Təkdam kəndlərində Xırmandalı bələdiyyəsi;
7. Hişkədərə, Miyanku və Tüklə bələdiyyələrinin əhatə etdiyi Birinci Tiyaqanı, Hişkədərə, Kubin, Məmmədoba, Mişkəmi, Miyanku, Nəzəroba və Tüklə kəndlərində Hişkədərə bələdiyyəsi;
8. Xıl, Sərçuvar və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Xıl, Sərçuvar, Sirəbil və Təzəkənd kəndlərində Xıl bələdiyyəsi;
9.Kolatan və Sığdaş bələdiyyələrinin əhatə etdiyi Babakücə, Bağıroba, Bala Kolatan, Böyük Kolatan, Xanalıyan, Ninəlov və Sığdaş kəndlərində Kolatan bələdiyyəsi;
10. Qarğalıq, Səmədxanlı və Şərəfə bələdiyyələrinin əhatə etdiyi Ağakişibəyli, Alışanlı, Birinci Səmədxanlı, Dəlləkli, Əminli, Ətcələr, Xallıcalı, İkinci Səmədxanlı, Kürdəbazlı, Qarğalıq, Qədirli, Şəhriyar və Şərəfə kəndlərində Şərəfə bələdiyyəsi;
11. Qəriblər və Qodman bələdiyyələrinin əhatə etdiyi Dəmbəlov, Əzizabad, İsi, Qəriblər, Qodman, Məmmədrzakücə və Şıxlar kəndlərində Qəriblər bələdiyyəsi;
12. Qızılağac və Viləş bələdiyyələrinin əhatə etdiyi Hüseynhacılı, Qızılağac, Öncəqala və Viləş kəndlərində Viləşbələdiyyəsi;
13. Mahmudavar və Türkoba bələdiyyələrinin əhatə etdiyi Qəzvinoba, Mahmudavar, Molalan, Rüdəkənar, Şatıroba və Türkoba kəndlərində Mahmudavar bələdiyyəsi;
14. Şıxlar və Yeddioymaq bələdiyyələrinin əhatə etdiyi Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndlərində Yeddioymaq bələdiyyəsi.
Yardımlı rayonu üzrə:
Bu vaxtadək 30. Dəyişildikdən sonra 8bələdiyyə qalacaq.
1. Allar, Bürzünbül və Hamarkəndbələdiyyələrinin əhatə etdiyi Abbasabad, Allar, Anzov, Bürzünbül, Hamarkənd, Solqard, Şıxhüseynli və Zəngərankəndlərində Hamarkənd bələdiyyəsi;
2. Arvana, Avaş, Kürəkçi, Pirembel və Şəfəqli bələdiyyələrinin əhatə etdiyi Abasallı, Abdinli, Arvana, Avaş, Cirimbel, Deman, Gərsava, Gilar, Xanbulaq, Kürəkçi, Qaravuldaş, Pirembel, Şəfəqli və Yeni Abdinli kəndlərində Şəfəqli bələdiyyəsi;
3. Aşağı Astanlı, Bərcan, Şıxlar və Zevin bələdiyyələrinin əhatə etdiyi Aşağı Astanlı, Bərcan, Çanaqbulaq, Gendərə, Gölyeri, Ləzir, Musa, Şıxlar, Təzəkənd, Yuxarı Astanlı və Zevin kəndlərində Aşağı Astanlı bələdiyyəsi;
4. Bozayran, Köryədi, Ostayır və Yardımlı bələdiyyələrinin əhatə etdiyi Yardımlı şəhərində və Bozayran, Dəlləkli, Dəryavar, Köryədi, Qabaqdibi, Mişkireyn, Osnakəran, Ostayır, Vəlixanlı kəndlərində Yardımlı bələdiyyəsi;
5. Horavar, Vərgədüz, Vərov və Yolocaq bələdiyyələrinin əhatə etdiyi Bilnə, Əngəvül, Əvçədulan, Horavar, Horonu, Keçələkəran, Separadi, Teşkan, Vərgədüz, Vərov, Yolocaq və Zəngələ kəndlərində Vərgədüz bələdiyyəsi;
6. Çay Üzü, Peştəsər, Şiləvəngə və Urakəran bələdiyyələrinin əhatə etdiyi Avun, Avur, Çay Üzü, Dağ Üzü, Fındıqlıqışlaq, Gavran, Qaraqaya, Mamulğan, Nisəqələ, Ökü, Peştəsər, Şiləvəngə və Urakəran kəndlərində Çay Üzü bələdiyyəsi;
7. Ərsilə, Honuba, Porsova və Telavar bələdiyyələrinin əhatə etdiyi Eçara, Ərsilə, Gügəvar, Honuba, Honuba Şıxlar, Jiy, Ləzran, Porsova, Şovut, Telavar, Tiləkəndvə Zeynələzir kəndlərində Porsovabələdiyyəsi;
8. Ərus və Sırıq bələdiyyələrinin əhatə etdiyi Alçabulaq, Ərus, Məlikli, Mirimli, Odurakəran, Sırıq, Şələ və Tahirli kəndlərində Ərus bələdiyyəsi.
Cenub.az. Zahir Əmənov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.