Parlament ətraf mühitin çirklənməsinə görə cərimələri artırıb
Milli Məclis gəmidən zibil və digər əşyaların atılmasına görə cərimənin artırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı müvafiq dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, cərimə 30 manatdan 300 manatadək artır.
Bundan başqa, yollara və yol tikililərinə və ya nəqliyyat vasitələrindən hər hansı obyektlərə zibil və digər əşyaların atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək.
Həmçinin Milli Məclis tütün tullantılarının ətraf mühitə atılmasına görə cərimələrin 6 dəfə artırılmasını birinci oxunuşda təsdiqləyib.
Dəyişikliklərə əsasən, tütün tullantılarının ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manatadək artırılır.
Bundan başqa, qanun pozuntusu il ərzində təkrar törədildikdə 700 manat məbləğində cərimə və ya 60 saatdan 100 saatadək ictimai işlər nəzərdə tutulur.
Dəyişikliklər layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.