Ədalət Tahirzadə:
Təəssüf ki, çox dəyərli əsərlər stenddə öz yerini tutmadı, ancaq...
05.10.2024-də 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində oldum. Gözəl ziyalılarımızla, tələbələrimlə, oxucularımla görüşdüm, söhbətləşdim, ürəyim açıldı. "Çapar"ın və "Salman Mümtaz yayınları"nın stendləri mənə daha doğma oldu. Maşallah, nəşriyyatlarımız o qədər maraqlı və gözəl kitablar buraxır ki, almamaq mümkün deyil, bu üzdən çox stendə qəsdən yaxınlaşmadım. Onsuz da, heç aldığım kitabları belə oxuya biləcəyimə inanmıram, çünki vaxt ceyran belindədir. Ancaq 2 kitabı, inşallah, hökmən oxuyacağam - biri Kəramət Böyükçölün "Səs" əsəri, biri də qədim dostum, professor Asif Rüstəmlinin Cəmo bəy Cəbrayılbəyli haqqında monoqrafiyasıdır.
Təəssüf ki, mətbəələr bu dəfə də "Çapar yayınları"nın kitablarını vaxtında çap etmədi və çox dəyərli əsərlər stenddə öz yerini tutmadı, ancaq oxucu axını onun kitablarına güclü maraq olduğunu göstərdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.