Heyvanlara qarşı amansızlığa görə cərimələr artırılıb
Heyvanlara qarşı amansızlığa görə cərimələr artır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Mövcud qanuna görə, heyvanlara qarşı amansızlıq nəticəsində xəsarət almasına və ya ölməsinə görə beş yüz manat məbləğində cərimə nəzərdə tutulur.
Qanuna görə, heyvanlara qarşı amansız davranmağa, yəni onları ağrıtmağa, iztirablara, işgəncələrə, döyməyə görə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə nəzərdə tutulur. Göstərilən əməllər kütləvi informasiya vasitələrində nümayişkaranə şəkildə törədildikdə, səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir. Bu hərəkətlər heyvanın zədələnməsinə səbəb olarsa, min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. Eyni əməllər heyvanların ölümünə səbəb olduqda, min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya işin hallarından asılı olaraq bir ayadək müddətə inzibati həbs tətbiq edilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.