Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri Qızılağac Milli Parkının yaradılmasının 5 illiyi ilə əlaqədar olaraq ilk dəfə təşkil edilən Flaminqo Festivalında iştirak ediblər.
BDU tələbələri festivalın stendlərini gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar. Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, turac quşları isə təbiətə buraxılıb.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin, 500-dən artıq xarici vətəndaşın iştirak etdiyi festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri nümayiş etdirilib.
Festival zamanı intellektual yarış da təşkil edilib. Yarışda digər ali təhsil müəssisələrinin də qatıldığı 8 komanda arasından BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin “Abşeron Milli Parkı” və “Şirvan Milli Parkı” komandaları müvafiq olaraq I və II yerlərin sahibi olublar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.