Məmməd Əvəzoğlu:
Müəllim nəyə gərəkdir?
Bu təhsil sistemin qurana əhsən!
Kimdir müəllimin nəfəsin kəsən?
Peşiman olursan öyüd verəsən,
Amandır, dəyməyin, o uşaq təkdir!
Əlin də vurmasın, qulaq burmasın!
Bəs onda müəllim nəyə gərəkdir?
Gündə bir fasona salır başını,
Soxur gözlərinə qələm qaşını,
Bəyənmir indidən hər cür maşını,
Təpədən dırnağa bəzək-düzəkdir,
Müəllim boşuna özün yormasın.
Bəs onda müəllim nəyə gərəkdir?
Uşağın yanından meh tək ötəndə,
Əl atır ağlına gəlməyən fəndə,
Sanki bomba düşür o gecə kəndə,
Hamı fəryad edir: uşaq mələkdir!
Müəllim özündən söz uydurmasın!..
Bəs onda müəllim nəyə gərəkdir?
Uşaq var uymayır ədəb-ərkana,
Sanki paxlalığa girən bir dana!
Sağ olsun beləsin bəsləyən ana!
Elə bil uşaq yox, oğru inəkdir!
Müəllim uşağa töhmət vurmasın,
Bəs onda müəllim nəyə gərəkdir?
Məmməd Əvəzoğlu.19.09.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.