Məmməd Əvəzoğlu:
Yola ver getsin də
Qarşına çıxsa əgər mərdüməzar,
Yola ver getsin də!
Yediyin hər tikəni etsə azar,
Yola ver getsin də!
Ayağın altını hər yerdə qazar,
Yola ver getsin də!
Yolun tən ortasına çəksə hasar,
Yola ver getsin də!
Qapıda dava salıb açsa bazar,
Yola ver getsin də!
El içində şər atıb eyləsə xar,
Yola ver getsin də!
Sənə bu yer üzünü eyləsə dar,
Yola ver getsin də!
Qapına gəlsə əgər məsti-xumar,
Yola ver getsin də!
Borc üçün gəlsə əgər, söylə ki, var,
Yola ver getsin də!
Gecə-gündüz qapıda tutsa qərar,
Yola ver getsin də!
Qapını açmasan, "gül" ağzın açar,
Yola ver getsin də!
Səni bəd xəstəliyə etsə düçar,
Yola ver getsin də!
Hər zaman ağzın açar, nalə saçar,
Yola ver getsin də!
Hara getsən düşər ardınca qaçar,
Yola ver getsin də!
Yola verdikcə bir az etməsə ar,
Yola ver getsin də!
Məmməd Əvəzoğlu.22.09.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.