06 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

BMT İranda yeni rezident koordinator təyin edib

BMT İranda yeni rezident koordinator təyin edib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Qukasyana 20 il cəza verildi

Qukasyana 20 il cəza verildi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

BDU – 105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə

1 il əvvəl 425 01

BDU – 105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə

Bakı Dövlət Universitetinin (BDU) köklü fakültələrindən olan Mexanika-riyaziyyat fakültəsi Fizika-riyaziyyat fakültəsinin bazasında (1920-1921) yaradılıb. Mexanika-riyaziyyat fakültəsi 1958-1959-cu tədris ilində müstəqil fakültəyə çevrilib. Bu fakültə riyaziyyat, mexanika və tətbiqi riyaziyyat üzrə elmi məktəblərin yaranmasında, bu sahədə peşəkar kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.

Respublikada riyaziyyat və mexanika elminin inkişafında neft sənayesinin, kibernetika və informatika sahələrinin çox böyük rolu olub. Rusiya və Ukraynanın tanınmış mexanik və riyaziyyatçı alimləri Aleksandr Buxştab, Yaroslav Lopatinski, Aleksandr Kovanko, Boris Rozenfeld, Vladimir Tartakovskinin dəvət olunması riyaziyyat və mexanika elmlərinin formalaşmasına təkan verib. Rusiyada təhsil almış ilk pedaqoq riyaziyyatçılar Məmməd Əfəndiyev, Mikayıl Xıdırzadə yüksəkixtisaslı milli kadrların hazırlanmasında mühüm xidmətlər göstəriblər. Ölkədə milli riyaziyyatçılar nəslinin yetişdirilməsində riyaziyyatçı alimlər Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədovun da rolu çox böyükdür.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi, ali təhsil sahəsində də əsasli dəyişikliklər baş verdi. Həmin yeniliklərdən ən mühümü azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün göndərilməsi idi. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə elə BDU-dan da onlarla gənc riyaziyyatçı keçmiş SSRİ-nin qabaqcıl elmi mərkəzlərinə və təhsil ocaqlarına göndərildi. Bu dövrdə onlarla elmlər doktoru və elmlər namizədi yetişdi, respublikada yeni elmi məktəblər yarandı. Bu riyaziyyatçılar nəinki Azərbaycanda, dünyanın qabaqcıl universitetləri və elmi mərkəzlərində çalışıblar. Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə Mexanika-riyaziyyat fakültəsinin bir sıra kafedralarının bazasında Tətbiqi riyaziyyat və kibernetika fakültəsi təşkil olundu.

XX əsrin ortalarından başlayaraq fakültədə funksional və riyazi analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri, funksiyalar nəzəriyyəsi, hesablama riyaziyyatı, ehtimal nəzəriyyəsi, həndəsə, harmonik analiz, funksional fəzaların daxilolma nəzəriyyəsi, diferensial operatorların spektral nəzəriyyəsi, tərs məsələlər, optimal idarəetmə nəzəriyyəsinin riyazi məsələləri, xüsusi törəməli diferensial tənliklər üçün başlanğıc və sərhəd məsələləri, çoxobrazlılar, deformasiya olunan bərk cisim mexanikası sahələrində tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib. Akademiklər Zahid Xəlilov funksional analiz, Əşrəf Hüseynov qeyri-xətti sinqulyar inteqral tənliklər, İbrahim İbrahimov funksiyalar nəzəriyyəsi, Məcid Rəsulov diferensial tənliklər, Azad Mirzəcanzadə tətbiqi mexanika və neft mədəni işləri, AMEA-nın müxbir üzvləri Yusif Əmənzadə elastiklik, Qoşqar Əhmədov optimal idarəetmə, Arif Babayev sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün sərhəd məsələləri, Yəhya Məmmədov hesablama riyaziyyatı, Maqsud Cavadov həndəsə və riyaziyyatın tədrisi metodikası, Mirabbas Qasımov diferensial operatorların spektral nəzəriyyəsi və tərs məsələlər sahələrinin yaradıcıları olublar.

Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris Azərbaycan, ingilis və rus dillərində olmaqla əyani və qiyabi formada təşkil olunub. Bakalavriatura səviyyəsində “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Mexanika” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Magistratura səviyyəsində isə 10 ixtisaslaşma – “Riyaziyyatın tədrisi metodikası və metodologiyası”, “Riyazi analiz”, “Funksional analiz”, “Diferensial tənliklər”, “Həndəsə”, “Cəbr”, “Hesablama riyaziyyatı”, “Optimal proseslərin riyazi nəzəriyyəsi”,  “Deformasiya olunan bərk cisim mexanikası”, “Maye, qaz və plazma mexanikası” üzrə kadrlar hazırlanır. Fakültədə doktoranturaya “Cəbr, “Analiz və funksional analiz”, “Həndəsə”, “Ədədi analiz”, “Topologiya”, “Diferensial tənliklər”, “Dinamik sistemlər və optimal idarəetmə”, “Deformasiya olunan bərk cism mexanikası”, “Maye, qaz və plazma mexanikası” ixtisaslarına qəbul aparılır.

Hazırda fakültədə 2 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 64 nəfər fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim çalışır.

Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edir, əməkdaşların beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda məqalələri nəşr olunur. Müəllimlər, doktorantlar, magistrantlar ölkə, eləcə də beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, seminar və ustad dərsləri təşkil olunur.

Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların beynəlxalq və respublika elmi konfransları, riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək məqsədilə tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadası keçirilir. Bu il olimpiada qalibləri - Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında da böyük uğura imza atıblar. Belə ki, Vüqar Quliyev Olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.

Mexanika-riyaziyyat fakültəsində 9 kafedra (Riyazi analiz kafedrası, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Cəbr və həndəsə kafedrası, Diferensial və inteqral tənliklər kafedrası, Hesablama riyaziyyatı kafedrası, Riyaziyyat və onun tədrisi metodikası kafedrası, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Ali riyaziyyat kafedrası) fəaliyyət göstərir.

Fakültə yarandığı gündən Moskva Dövlət Universiteti, Steklov adına Riyaziyyat İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Sankt-Peterburq Riyaziyyat İnstitutu, İstanbul Texniki Universiteti, Rostov Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti və digər universitetlərlə səmərəli elmi əməkdaşlıq edir.

Mexanika-riyaziyyat fakültəsinin tələbələri tələbə təşkilatlarında, elm klublarında fəal iştirak edir, bunun sayəsində xobbi və maraqlarını inkişaf etdirirlər. Tələbə təşkilatlarındakı fəaliyyətlər tələbələrimizin yeni mühitə uyğunlaşmalarına, istedadlarını üzə çıxarmağa, universitetdə və onun hüdudlarından kənarda qeyri-standart layihə və yaradıcı ideyalarını həyata keçirmələrinə kömək edir. Təhsil müddətində həyata keçirilən əlavə tədbirlər fakültə tələbələrinin əmək bazarında şanslarını artırır, onlara dəyərli peşəkar təcrübə qazandırır.

Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” kimi tələbə təşkilatları fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatının nəzdində “Xarici dil klubu”, “Məntiq klubu” yaradılıb. Klubun məqsədi tələbələrin qarşılıqlı müzakirələr apararaq natiqlik və özünüifadə qabiliyyətlərini inkişaf etdirməkdir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub

Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub

John Doe 14 saat əvvəl

İzləyicilərə növbəti ədəbi inci təqdim edildi

İzləyicilərə növbəti ədəbi inci təqdim edildi

John Doe 17 saat əvvəl

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

John Doe 2 gün əvvəl

Oxuculara növbəti ədəbi inci təqdim edilir

Oxuculara növbəti ədəbi inci təqdim edilir

John Doe 1 həftə əvvəl

Kiyev və Moskva mübadilə üçün şəxslərin siyahıları barədə razılığa gəliblər

Kiyev və Moskva mübadilə üçün şəxslərin siyahıları barədə razılığa gəliblər

John Doe 1 həftə əvvəl

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com