“Mənim sevimli kitablarım” adlı “Ucadan oxu” keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 94 saylı Körpələr evi-uşaq bağçasında “Mənim sevimli kitablarım” adlı “Ucadan oxu” tədbirini təşkil etdi.
Tədbirdə Uşaq şöbəsinin müdiri Sevil Namazova uşaqlara “Gizli nağıl sandığı” kitabından nağıllar oxudu. Nağıllar uşaqların böyük marağına səbəb oldu.
İsti yay günlərində belə “Ucadan oxu”ların təşkil olunması uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün təsirli və effektiv vasitədir. Uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət etmiş olurlar.
Bağça uşaqları üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, kitaba, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün təməl yaradır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.