02 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı: Ən müasir və bahalı süni qida ana südünün tərkibinə hətta yaxınlaşa bilməz

9 ay əvvəl 228 01

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı: Ən müasir və bahalı süni qida ana südünün tərkibinə hətta yaxınlaşa bilməz

Mərkəzi Gömrük Hospitalının pediatrı Nazilə Hüseynova 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində ana südü ilə qidalanmanın faydası və əhəmiyyəti barədə suallarımızı cavablandırıb.

- Nazilə həkim, ana südünün faydaları nədir?

-Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu təbiət fenomeni kimi qeyd edirlər. Ən müasir və bahalı süni qida ana südünün tərkibinə hətta yaxınlaşa bilməz. Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam öyrənilməyib. Ana südünün tərkibi daim dəyişir – əmizdirmənin əvvəlində süd daha suludur, axırında isə daha yağlı olur. Günorta saatları ilə müqayisədə gecə saatlarında süd daha yağlı olur. Uşaq böyüdükcə südün mineral tərkibi dəyişir.

Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər var. Məhz bu fermentlər uşaq orqanizmində yağları, karbohidratları və s. maddələri həzm etməyə kömək edir. Südün əsas tərkib hissəsini su təşkil edir (80%-dən artıq). Lakin bu adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayelər verməyi tövsiyə etmir.

Ana südünün növbəti komponenti karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə laktoza uşağın bağırsağında lakto və bifidobakteriyaların inkişafını stimullaşdırır. Lakto və bifidobakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur.

Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün olduqca vacibdir. Ana südünün tərkibində olan zülallar uşaq böyüdükcə tədricən azalır. Məsələ burasındadır ki, zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olması böyrəklər üçün ziyanlıdır və nəticədə insan orqanizmində metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəliklərə  yol açır.

Qida maddələrindən əlavə ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ana südü tək qida deyil. Ana südünün qoruyucu funksiyası var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim – təbii antibiotik, makrofaqlar – mikroblari məhv edən xüsusi huceyrələr. Beləliklə, ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə olunur. Ana südü ilə qidalanan uşaqlar süni qida alan uşqalarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər, allergiyalarla üzləşir. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma vacibdir.

- Həkim, süddən ayırmaq üçün ən yaxşı nə vaxtdır?

Həkimlər süddən ayırmağın ən optimal zamanının 2 yaş olduğunu qeyd edirlər, cünki bu yaşda uşağın bədəni artıq möhkəmlənir. Psixoloqlar deyir ki, 1 yaşlı uşağın ana südünə tələbatı psixoloji deyil, fizioloji olur. Uşaq ananın döşünü tez-tez anaya yaxın olmaq məqsədilə istəyir. Buna görə də bu yaşda ana südü ilə qidalanma əldə yelləməklə, nağıl oxumaqla, oyunlarla əvəz edə bilər. Körpə üçün ana ilə six əlaqə vacibdir. Hər bir ana uşağının süddən ayırma vaxtını özü həll etməlidir.

Ən vacibi odur ki, həm ana, həm də uşaq buna psixoloji və fizioloji hazır olsun. Mütəxəssislər süddən tərgitməni laktasiyanın involyusiya dövründə aparmağı məsləhət edirlər. Bu dövrdə süd istehsalı azalır, onun əvəzinə çox az bulama gəlir. Bir qayda olaraq, involyusiya dövrü uşağın 1 yaşından sonra başlayır. Bundan əlavə uşağın özünün döşdən imtinasını gözləmək olar. Amma adətən uşaq süddən 2, hətta 3 yaşında imtina edir. Hər iki halda döşlə əmizdirmə uzun zaman davam etdirilə bilər. Uzun müddətli qidalanma qadınlarda narahatlıq doğurur. Bundan başqa, qadınlarda işə və səyahətə çıxmaq məhduduyyəti yaradır.

- Nazilə həkim, ana südü neçə yaşına qədər verilə bilər?

Uşağa ilk alti ay ərzində, su da daxil olmaqla, ana südündən başqa bir qida vermək tövsiyə edilmir. 1 yaşına kimi əlavə qidalanma ilə birlikdə su da verilə bilər. Əgər ana və uşaq istəklidirsə, süd vermə müddətini 2 yaşına qədər artırmaq olar. 1 yaşından tez ana südünü kəsmək məsləhət deyil. Uşağı ana südündən ayırmaq nə zaman məsləhət görülmür:
Diş çıxarma dövründə;
Virus və infeksiyaların epidemiyası dövründə. Bu dövrdə uşağın immun sistemini ana südü tənzimləyir. Bu ərəfədə ana südündən imtina, bu xəstəliklərin riskini artıra bilər;
Stresli vəziyyət zamanı (məsələn, bağçaya gedən dövrdə);
Əgər uşaq xəstədirsə (xəstəlikdən ən azı 1 ay sonra süddən kəsilməsi məsləhət görülür).

- Ana südünü necə artırmaq olar?

Övladına ana südü verən xanım gün ərzində 3-4 litr su, maye qəbul etməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz süd gətirici bitki cayları təşkil edə bilər. Ana ilk olaraq stresdən uzaq durmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir, uşağı tez-tez döşə qoymalıdır. Süd ifrazının artırılmasına şərait yaradan qida məhsulları bunlardır:
yulaf – son illərdə aparılan çalışmalara əsasən yulaf dəmir qaynağı olmaqla yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətlərinə malikdir;
yerkökü – tərkibində estrogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir;
razyana – süd artırmaqdan əlavə, körpələrdə infantil bağırsaq sancılarına də yardımçı olur;
düyü və arpa – tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;
yaşıl yarpaqlı göyərti və tərəvəzlər –ispanaq, kahı, gül kələmi, brokoli, keşniş, şüyüd və s;
paxlalı birkilər – bir qədər ehtiyatla istifadə olunur, çünki infantil bağırsaq sancılarına səbəb ola bilər;
qoz, fındıq, badam – gün ərzində 10-15 ədəd istifadə edilə bilər;
çörəkotu, küncüt; 9) quru halda xurma, tut, əncir.
Döşü daha çox stimulyasiya etmək südün artmasına səbəb olur. 24 saat ərzində uşağı ən azı 8-12 dəfə əmizdirin. Uşaq əmziklərindən istifadə etməyin. Hər əmizdirmə zamanı hər iki döşünüzü verin. Uşağı müxtəlif vəziyyətlərdə əmizdirin. Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun. Kürəyi sürtmək, döşləri masaj etmək döşləri təmin edən sinirləri stimullaşdırır. Bu da südün çoxalmasına səbəb ola bilər. Körpənizlə bədən-bədənə təmasda olma vaxtlarını artırın, onunla birlikdə istirahət edin. İsti vanna qəbul edin, çoxlu oxuyun.

Ana südünü sağıb saxlamaq qaydaları necədir?

Ana südü 3 saat otaq temperaturunda, 3 gün soyuducuda 2-8 dərəcə temperaturda, 3 ay soyuducuda dondurulmuş vəziyyətdə, -20 dərəcə temperaturda və 6 ay dərin dondurucuda saxlana bilər.

- Döş əmmə nə qədər vaxt çəkir, ana necə bilə bilər ki, uşaq toxdur?

Döşlə əmizdirmə üzrə mütəxəssislər körpəni hər 3-4 saatda bir deyil, uşaq acandan-acana yedizdirməyi məsləhət görürlər. İlk 1-2 ay ərzində körpə sistemsiz şəkildə qidalana bilər. Bəzən analara elə gəlir ki, uşaq sutka boyu ancaq döş əmir (əslində isə sutkada cəmi 10-12 dəfə olur). Lakin böyüdükcə dəqiq qidalanma rejimi meydana gələcək və əmizdirmənin tezliyi azalacaq. Əmizdirmə vaxtını və müddətini ayrıca gündəliyə yazmaq olar. Çalışın körpəni sakit bir şəraitdə yedizdirin ki, onun fikri dağılmasın və hec bir səs onu qıcıqlandırmasın.
Özünüzə rahat vəziyyət seçin ki, qollarınız keyiməsin, axı körpə həm 20 dəqiqəyə doya bilər, həm də düz 1 saat döşdən asılı ola bilər. Bəzi uşaqlara tam doymaq üçün 5-7 dəq kifayət edir. Lakin bəzi tənbəl körpələr süd sormaqdan daha çox döş ağzında yatmağı sevirlər. Belə olduqda döşü körpənin ağzından çıxarmaq lazımdır ki, onu döşü sormağa aktivləşdirəsiniz. Körpəni uzun müddət sinədə saxlamaq, ona yatmaq imkanı vermək düzgün deyil. Bu döş gilələrində ağrı verici çatların və qıcıqlanmaların yaranmasına gətirib çıxara bilər.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

John Doe 4 gün əvvəl

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

John Doe 5 gün əvvəl

Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində olub

Azərbaycanın nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyində olub

John Doe 6 gün əvvəl

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

John Doe 6 gün əvvəl

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

John Doe 6 gün əvvəl

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

Azərbaycan və Türkiyə prezidentləri Kəlb...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
• İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4}

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısını...

16 may 2025 16:39:45
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com