26 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Putin xaricdə saxlanılan rusları qorumaq üçün ordudan istifadəyə icazə verib

Putin xaricdə saxlanılan rusları qorumaq üçün ordudan istifadəyə icazə verib

Ərdoğan Trampla telekonfrans zamanı İranla danışıqları dəstəklədiyini bildirib

Ərdoğan Trampla telekonfrans zamanı İranla danışıqları dəstəklədiyini bildirib

Azərbaycanın münaqişədən sonrakı reabilitasiya təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib

Azərbaycanın münaqişədən sonrakı reabilitasiya təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib

İran Xarici İşlər Nazirliyi: Qətər nümayəndə heyəti Tehranda danışıqlar aparıb

İran Xarici İşlər Nazirliyi: Qətər nümayəndə heyəti Tehranda danışıqlar aparıb

İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi

İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi

Gürcüstanda DTX-nin keçmiş rəis müavini rusiyalı iş adamından rüşvət aldığına görə həbs edilib

Gürcüstanda DTX-nin keçmiş rəis müavini rusiyalı iş adamından rüşvət aldığına görə həbs edilib

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Elm və Təhsil
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Elm və Təhsil REDAKTORUN SEÇİMİ

MİLLİ JURNALİSTİKANIN BU GÜNÜ VƏ SABAHI

1 il əvvəl 901 01

MİLLİ JURNALİSTİKANIN BU GÜNÜ VƏ SABAHI

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür.

Bu gün vacib və çox məsuliyyətli gündür.  Azərbaycan milli mətbuatının yaranması maarifçilik hərəkatının banilərindən biri, alim və publisist Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə meydana çıxması bütün Qafqazda böyük səs-küyə səbəb olan “Əkinçi” qəzetinin əsasını qoyan Həsən bəy onun naşiri, redaktoru və korrektoru olmuşdur. Qəzetin nəşrində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər Ağa Gorani və digər Azərbaycan ziyalılarının da böyük xidmətləri olub. “Əkinçi”nin cəmi 56 nömrəsi (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək) çap olunsa da, Azərbaycanda mətbəə ənənəsinin əsasını qoyan qəzet milli mətbuatın formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır. Əsasən maarifçilik missiyasını üzərinə götürən “Əkinçi” qəzeti qısa müddətdə həm ziyalılar, həm də sadə vətəndaşlar arasında populyarlıq qazandı. Qəzet insanların maarifləndirilməsi, ictimai-siyasi proseslərdən məlumatlandırılması vasitəsinə çevrilib.

1877-ci ildə “Əkinçi” qəzeti bağlandıqdan sonra göstərilən səylərə baxmayaraq, bir müddət ölkəmizdə Azərbaycan dilində çap orqanı yox idi. Ölkədə baş verən ictimai proseslər, aktual məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapdı. Bakıda ilk rusdilli qəzet 1871-ci ilin martında ilk nömrəsi çıxan “Bakı vərəqəsi” idi. 1876-cı ildə ikinci rusdilli “Baku News” qəzeti nəşr olundu. “Kaspi”nin rusdilli nəşri 1897-ci ildə məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Rusdilli qəzetlər arasında ən uzunömürlü “Kaspi” idi və onun redaktorları Əlimərdan bəy Topçubaşov, sonra isə Əlibəy Hüseynzadə idi. Rus dilində nəşr olunan qəzetlər Azərbaycan dilində mətbuat orqanının yaradılması təşəbbüsü ilə çıxış etsə də, bunu həyata keçirə bilmədi.

1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə Azərbaycan dilində “Ziyai-Qafqaz” qəzetini nəşr etdirməyə nail olur. Qəzetin 1880-ci ildə cəmi 104 nömrəsi çıxandan sonra nəşri dayandırılır. 1883-1891-ci illərdə Tiflisdə “Əkinçi” üslubunu davam etdirən “Kəşkül” qəzet və jurnalı nəşr olunur.

20-ci əsrin Azərbaycan dilində ilk qəzeti 1903-cü ildə Tiflisdə Məmmədağa Şahtaxtinskinin nəşr etdiyi “Şərqi-Rus” ictimai-siyasi, iqtisadi, elmi və ədəbi qəzeti olmuşdur. Qəzet Azərbaycanın ictimai fikrinin inkişaf tarixində xüsusi yer tuturdu. Qəzetdə dünyəvi elmlər, ana dil, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapıb. “Şərqi-Rus” qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük ziyalıları özündə birləşdirə bilmişdir.  “Şərqi-Rus” qəzetinin ətrafında formalaşan yaradıcı kollektiv Azərbaycanda dövri mətbuatın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaratdı. Cəlil Məmmədqulizadənin təşəbbüsü və redaktorluğu ilə 1906-cı il aprelin 7-də Tiflisdə ilk illüstrasiyalı həftəlik Azərbaycan satirik jurnalı "Molla Nəsrəddin" nəşr olundu. 1918-ci ilə qədər Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə Bakıda nəşr olunub.  Azərbaycanda uşaqlar və valideynlər üçün “Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi jurnalların nəşri də diqqətəlayiqdir. Mətbuatımızın fəal iştirakı ilə nəşr olunan “Həyat”, “Füyuzat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” kimi qəzet və jurnallar mətbuatımızın inkişafında böyük rol oynamışdır.

Azərbaycanın 1918-ci il mayın 28-də müstəqillik əldə etməsində milli mətbuatın mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dahi bəstəkar və ictimai xadim Üzeyir bəy Hacıbəylinin redaktorluğu ilə nəşr olunan, milli tribunadan yayımlanan “Azərbaycan” qəzeti ictimai-siyasi proseslərlə inkişafın əlaqəsinin ən bariz nümunəsi idi.

Əslində, Xalq Cümhuriyyəti dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının və “əkinçi” prinsiplərinin həyata keçirilməsində yeni və çox mühüm mərhələ idi. Təəssüf ki, bu mərhələ qısamüddətli oldu. 20-ci əsrin 70 ildən çoxu sovet mətbuatının fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Bu dövrün də özünəməxsus yeri var. Məhz bu illərdə nəşr olunan qəzet və jurnalların sayı artmış, dövri mətbuat yeni tipli mətbuat vasitələri ilə zənginləşmişdir. Jurnalistikanın müxtəlif növləri meydana çıxdı. Mətbuatın daha çox partiyalı və sinfi xarakter daşımasına baxmayaraq, vətənpərvər jurnalistlərimiz həmişə qələmini xalqa xidmət etmək üçün istifadə etmiş, hətta bəzən bu yolda təqiblərə də məruz qalmışlar. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, televiziya və radio şirkətləri, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiya tələbatının ödənilməsində, vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçılarına çevrilməsində mühüm rol oynayır.

Milli mənlik şüurunun formalaşmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə böyük töhfə vermişdir.

Hər il iyulun 22-si ölkədə Milli Mətbuat Günü kimi qeyd olunur.

Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat yaratmaq, insanların fikir və ifadələrinə hörmət etmək, yenilənmiş informasiya vasitəsilə operativ məlumatlandırmaq, plüralizm və tolerantlıq ideyalarının təbliği missiyasının daşıyıcısına çevrilib. .

Yada salaq ki, Ümummilli Lider Heydər Əliyevin 16 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı.

Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermiş, eyni zamanda onların rasionallığının artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyən etmişdir.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Xeyransa İsmayılova

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

John Doe 3 həftə əvvəl

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

John Doe 3 həftə əvvəl

Laçında sənədli film çəkilişinə başlanılıb

Laçında sənədli film çəkilişinə başlanılıb

John Doe 3 həftə əvvəl

Asəf Quliyev: 44 günlük müharibənin dərsləri öyrənilməlidir

Asəf Quliyev: 44 günlük müharibənin dərsləri öyrənilməlidir

John Doe 1 ay əvvəl

Gülağa Tənha: Sən Vətən oğlusan!

Gülağa Tənha: Sən Vətən oğlusan!

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Aleksandr Vuçiç: Prezident İlham Əliyev Serbiyanın böyük dostudur

Aleksandr Vuçiç: Prezident İlham Əliyev...

18 may 2026 01:20:19
• İlham Əliyev Vuçiçlə görüşdü}

İlham Əliyev Vuçiçlə görüşdü

17 may 2026 22:39:40
• İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşdü}

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşdü

17 may 2026 22:37:58
• İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər}

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iş...

16 may 2026 14:45:18
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com