22 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

1 ay əvvəl 183 01

Faiq İsmayılov:

Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün, xaç daşları yonaraq nəzarət etdikləri Azərbaycan torpaqlarında basdırmağı və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsas məqsədləri və vəzifələri kimi baxırlar. Tək 2018-ci ilin son 6 ayı ərzində ermənilər Qərbi Azərbaycanın aşağıda adları çəkilən rayonların ərazilərində 130 saxta xaç daşı quraşdırıblar. Bu tarixdən öncəki və sonrakı tarixlərdə də bu vandallığın davam etməsi istisna deyil, bu istiqamətdə araşdırmalarımız davam edir.
Azərbaycan tədqiqatçıları,  ermənilərin "Böyük Ermənistan", "Cənubi Qafqazda avtoxtonluq" kimi anlayışlarının mifoloji əsaslara söykəndiyini və tarixi həqiqətləri təhrif etdiyini bildirirlər. Erməni ənənəsi, xüsusilə xaçkarlar məsələsində, bölgənin tarixi maddi-mədəniyyət nümunələrini özününküləşdirməyə çalışan miflər sisteminin bir parçası kimi xarakterizə olunur. Erməni xaçkarlarının tarixi reallıqdan daha çox, "Böyük Ermənistan" ideologiyasına xidmət edən mifoloji və saxta təbliğatın bir hissəsi olduğunu elmi dəlillərlə əsaslanır. Ermənilər Cənubi Qafqazda nəinki memarlıq abidələrinin eləcədə alban dövrü xaç nümunələrinin erməniləşdirilməsində də böyük istedad sahibi olublar.

Xaç rəmzlərinin meydana gəlməsinin xristian dini ilə heç bir əlaqəsi olmamışdır, xaç rəmzlərinin yaranması ibtidai icma dövrünə təsadüf edir. İnsanlar, yeri, kainatı qızdıran, torpağa, suya hərarət və can verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qaya üzərində həkk edərək ona sitayiş edirdilər.Hələ dinlərin mövcud olmadığı bir dövrdə, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Odur ki, xaçların yaranması qədim əsatirlərdə göstərildiyi kimi, insanların günəşə, daha sonralar oda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da günəşin yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaqkı dövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların təfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağac üzərinə bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, günəşi yerdə doğurub yenidən kainata qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.
Bu baxımdan Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəli gəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Çünki, alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacınxaçın təsvirinə daha yaxındır. Xaç obrazı, Alban dövrü xaçdaşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar özlərini "böyük fəlsəfi təfəkkürə malik" olan bir xalq obrazı yaratmaq, bununlada ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başva düşülür. Odur ki "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir.
Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından,özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni - qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni - qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.
Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədə müvafiq hesab edirlər. Onlar, heç bir xalqın həyatında təsadüf edilməyən işlərlə məşğul olaraq, hər dağda dərədə, hər kol dibində xaç obrazlı daşlar düzməkdən zövq alırlar. Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün, xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağı və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsas məqsədləri və vəzifələri kimi baxırlar. Onlar son illər xaç daşlarının istehsalına o qədər genişləndiriblər ki, hətta belə demək mümkün olarsa Cənubi Qafqazda xaçdaşlarının istehsalçılarına çevrildilər.

Ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə (mənimsənilməsinə) xidmət edirdi. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşları ilə yanaşı Alban dövrü xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Bu yolla ermənilər, çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirməklə alban dövrü xaçdaçlarını mənimsəməyə cəhd edirdilər.

Ermənilərin nəzarətində olan Qərbi Azərbaycan torpaqlarında və eləcədə işğal olunmuş digər ərazilərdə (ermənilər tərəfindən başdaşı formasında basdırılmış) yanyana düzülmüş elə kütləvi xaçdaşları sahələrinə təsadüf edilir ki, bu sanki böyük bir adsız qəbristanlıqları xatırladır. Bu cür kütləvi süni məzarlıqlarda daşların bədii formada həllinə elə də fikir verilmir. Bəzən isə Alban xaç daşlarını da mövcud olduqları yerlərdən söküb gətirib, bu səpkili xaçdaşı "qəbristanlıqlarında" basdıraraq erməni xaçkarları kimi təqdim edirlər. Bu isə nəinki təkcə Alban daş sənəti nümunələrinin mənimsənilməsinə və bir daha qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə gətirib çıxarır. Bu isə Cənubi Qafqazda qədim Alban mədəniyyətinin tamamilə məhv edilmək təhlükəsini artırır.
Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyibki, erməniçilik Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi məsələsində erməni ənənəsi ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir: bu mifologiyanın məqsədi "böyük torpaqlar" stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə "təbiilik" gətirmək, haqq qazanmaq üçün "sübutlar", hətta "legitimlik" qazanmaqdır: "Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin - istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünyagörüşünü müəyyənləşdirir".

03 may 2017-ci ildə Ermənistan Hökumətinin 13 sentyabr 2012-ci il tarixli 1169-A saylı qərarına istinad edilərək bələdiyyə orqanlaqının təşkilatçılığı ilə, Ermənistanın Lori Mərzində səkkiz saxta xaç daşı düzəldilərək ərazidə quraşdırıldı.

(Nerkin) Gilanlar kəndində basdırılan saxta xaç daşı.

Saxta xaç daşlarının Ararat və Araqatsion Regionlarında yerləşdirilməsi 2018-ci ilin 30 noyabr tarixindən daha geniş şəkildə tətbiq edilməsinə başlandı.  Xaç daşlarının istehsalı və yerləşdirilməsi üçün Ermənistanda abidələrin mühafizəsi regional xidmət idarələri yaradılmışdır. 2018-ci ilin son iki ayı ərzində, Ararat Abidələrin Mühafizəsi Regional Xidmətinin əməkdaşları, Xosrov Meşəsi Dövlət Qoruğunun işçiləri ilə birlikdə Xosrov Meşəsi Dövlət Qoruğunun bir hissəsi olan (Nerkin) Gilanlar kəndində 1 ədəd, Aragatsotn Regional Xidmətinin təşəbbüsü ilə Daştadem icmasında 1 ədəd,  Ararat bölgəsində 22 ədəd, Aragatsotn bölgəsində isə 6 ədəd yeni istehsal edilən saxta xaç daşı düzəldilərək basdırılmışdır.

Kotayk rayonunun Arzakan kəndi ərazisi. 2018-ci ilin noyabr dekabr ayları ərzində, Ermənistanın Kotayk Regionu ərazisində  "Xaç daşları üçün Yeni Həyat" layihəsi çərçivəsində Ermənistan Abidə Mühafizəsi Xidmətinin Kotayk Regional Xidməti rəsmlərinin təşəbbüsü ilə  Razdan rayonunun kilsə  qəbiristanlıqları ərazilərində 15 bazalt daşdan hazırlanan xaç daşları ərazidə quraşdırılmışdır.

Kotayk regionunun Katnabur icma qəbristanlığı. Kotayk Regionunun "Xaç daşları üçün Yeni Həyat" layihəsi çərçivəsində, Kotayk Regional İcma Xidmətinin  rəhbəri Katik Astryanın təşkilatçılığı ilə  2018-ci ildə regionun Katnaqbyur icma ərazisindəki qəbiristanlıqda  üç orta əsrə aid saxta xaç daşı düzəldilərək basdırılmışdır.  Kotayk Regional İcma Xidməti tərəfindən  planlaşdırılan 10 xaç daşı əvəzinə, 25 ədəd saxta xaç daşı düzəldilib  ərazidə basdırdıqları barədə hesabat verilmişdir.

Ararat Regionunun Ksuz kənd qəbristanlığı. 2018-ci il noyabr ayında Ararat Regionunda "Xaç daşları üçün Yeni Həyat" layihəsi çərçivəsində Abidələrin Mühafizəsi Regional Xidmətinin rəhbəri Roman Karapetyanın rəhbərliyi ilə  Yeğeqnavan icmasının Ksuz kəndinin şimal hissəsindəki qəbiristanlıqda  4 ədəd saxta xaç daşı düzəldib  basdırılmışdır.

Ermənistanın Ararat Abidələrim Mühafizəsi Regional Xidmətinin müdaxiləsi sayəsində Lusaşox kəndindən 6 km məsafədə yerləşən Zncirli yaşayış məntəqəsi ərazisində XV-XVI əsrlərə aid 24 ədəd saxta xaç daşı düzəldilərək basdırılmışdır.
Bu vandalizm aktının həyata keçirilməsində Lusaşox İcmasının müvəqqəti rəhbəri Narine Qalstyan, Regional Xidmətin rəhbəri Roman Karapetyan, rəis müavini Anahit Dallakyanın iştirakı ilə həyata keçirilmiş, Yeni istehsal olunan xaç daşlarının üzərində bu daşların guya IX-XVII əsrlərə aid olduqları barədə saxta məlumatlar qeyd edilib.

Ararat Abidələri Mühafizə Regional Xidmətinin əməkdaşlarının və Xosrov Meşə Dövlət Qoruğunun müfəttişlərinin təşkilatçılığı ilə qoruq daxilində yerləşən Gelasor yaşayış məntəqəsinin qədim qəbiristanlığında 8 ədəd saxta xaç daşı düzəldilərək basdırılmışdır.

Kotayk regionunun Gerakunik  Abidələrin Mühafizəsi Regional Xidmətinin əməkdaşları, "Xaç daşları üçün  Yeni Həyat" layihəsi çərçivəsində, "Xin Qomer" ("Köhnə Anbarlar") yaşayış məntəqəsində  on iki,    qədim Yeğvard şəhərinin qəbiristanlığında iki, Ayqavan icmasının Qaraqoyunlu kəndindən 32 kilometr şərq tərəfdə 5 ədəd orta əsrlərə aid saxta xaç daşları yerləşdirildi.

"Xaç daşları  üçün Yeni Həyat" layihəsi çərçivəsində Qarni icmasının qəbiristanlıgında bir yeni saxta xaçdaşı,  Martuni meri Armen Avetisyan və digər meriya işçilərinin iştirakı ilə  Martuni şəhərinin inzibati sərhədləri daxilində  üç saxta xaç daşı ucaldılıb. Vayots Dzor Abidələrin Mühafizəsi Regional Xidmətinin məsul işçiləri tərəfindən Vayots Dzor marzının Qomk icmasında 1 ədəd saxta xaç daşı  quraşdırılıb.

Ermənistanın Qarni və Qusanaqyux rayonları ərazilərində də "Abidələrin Mühafizəsi Xidməti"  Milli Qeyri-Hökumət Təşkilatının Regional Xidmətlərinin  rəsmiləri tərəfindən saxta xaç daşları quraşdırılmışdır. Quraşdırılan saxta xaç daşlarının sayları dəqiq müəyyənləşdirmək hələlik mümkün olmadı.

11 iyun 2019-cu ildə "Xaç daşları üçün Yeni Həyat" layihəsi çərçivəsində  Kotayk  ərazisindəki  Crarat icmasının rəhbəri Stepan Kotanyan təşkilatçılığı ilə Crarat icması ərazisindəki qəbiristanlıqda  10 ədəd saxta  xaç daşı quraşdırıldı.

Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 4 gün əvvəl

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 1 həftə əvvəl

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

John Doe 2 həftə əvvəl

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

John Doe 2 həftə əvvəl

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

John Doe 3 həftə əvvəl

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com