17 yaşlı güləşçilərin Avropa çempionatı başlayıb
Bu gün Novi-Sadda (Serbiya) 17 yaşlı oğlan və qızlar arasında güləş üzrə Avropa çempionatına start verilib. İyunun 30-dək davam edəcək bu çempionatda ölkəmiz ümumilikdə 27 güləşçi ilə təmsil olunacaq.
Bu gün yunan-Romaçılar mübarizəyə qatılırlar. Ölkəmiz bu yarışda məşqçilər Rasim Aqayevlə Elbrus Məmmədovun rəhbərliyi altında 10 güləşçi ilə təmsil olunacaq.
Yunan-Romacilarin çıxışından sonra meydan qızların ixtiyarına veriləcək. Burada Azərbaycanın idman şərəfini məşqçilər Rövşən Umudova Həsrət Məmmədovun rəhbərliyi altında 7 güləşçi qoruyacaq. Çempionata sərbəst güləşçilərin çıxışı ilə yekun vurulacaq. Həmin yarışda da ölkəmiz 10 idmançı ilə təmsil olunacaq. Komandaya böyük məşqçi Əsgərxan Novruzov, Rövşən Hacıyev və Vahid Məmmədov rəhbərlik edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.