Portuqaliya çempionata Çexiya üzərində qələbəylə başlayıb
Almaniyada futbol üzrə keçirilən və Köhnə Qitənin 24 təmsilçisinin 6 qrupda mubarizə apardığı Avropa çempionatı (Avro-2024) davam edir. Dünən gecə saatlarında çempionatın F qrupunda daha bir oyun keçirilib. Leypsiq şəhərindəki "Red Bull Arena"da keçirilən həmin oyunda Avropanın Braziliyasi adlanan Portuqaliya millisi Çexiya ilə üzləşib. Maraqlıdır ki, görüşdə vurulan üç qoldan ikisini cexiyalilar vursa da qələbə qazanan Portuqaliya olub - 2:1. Dünya futbolunun portuqaliyalı canlı əfsanəsi Kristianu Ronaldonun 6-ci dəfə qatıldığı Avropa çempionatının həmin matçında ilk qolu Çexiya millisinin üzvü Provod (62-ci dəq) vurub və komandasını hesabda irəli çıxarıb - 0:1. 69-cu dəqiqədə Çexiya komandasının daha bir oyunçusu - Qranyak fərqlənib. Lakin Qranyak avtoqolla fərqləndiyi üçün hesabda bərabərlik yaranıb - 1:1.
Matçın taleyini 90+2 dəqiqədə səhnəyə çıxan portogezli Fransişku Konseysay həll edib - 2:1. Bununla da çempionatın F qrupunda yer alan Portuqaliya millisi də Türkiyə millisi kimi yarışlara qələbəylə başlayıb. Yeri gəlmişkən, bu oyundan öncə qrupda Türkiyə millisi Gürcüstan yığmasına 3:1 hesabla qalib gəlib.
F qrupunda növbəti oyunlar oyunu 21-də keçiriləcək. Həmin gün Portuqaliya - Türkiyə və Çexiya - Gürcüstan matçı olacaq.
Hazırda F qrupunda vəziyyət belədir:
Türkiyə 1 1 0 0 3:1 3
Portuqaliya 1 1 0 0 2:1 3
Çexiya 1 0 0 1 1:2 0
Gürcüstan 1 0 0 1 1:3 0
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.