Vicentso Montello: "Məqsədimiz növbəti oyunu da udub pley-offa keçməkdir"
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatının F qrupunda yer alan və ilk oyunda Gürcüstan millisi üzərində qələbə qazanan (3:1) Türkiyə yığmasının italiyalı baş məşqçisi Vicentso Montello oyundan sonra UEFA-nın rəsmi saytına açıqlama verib: "Bu gün biz rəqib qapısına 22 zərbə vurduq. Bizə biraz dəqiqlik lazım idi. Bütün hallarda komandamın oyununu yüksək dəyərləndirirəm. Düzdü, vurulan qolumuz sayılmayandan sonra komanda azacıq zəiflədi. Belə hallar futbolda çox olur.
Xatırladaq ki, Türkiyə millisi son üç qitə çempionatında qrup mərhələsini keçə bilməyib. Son çempionatda isə heç bir xal da toplaya bilmədi.
Bu qələbədən sonra arzumuz növbəti oyunu da udub pley-offa keçməkdir".
Xatırladaq ki, ilk oyundan sonra Türkiyə millisi üç xalla F qrupuna liderlik edir. Komanda növbəti matçını iyunun 21-də Portuqaliyaya qarşı keçirəcək. Həmin gün qrupda Gürcüstan isə Çexiya ilə üzləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.