İsveçrə Avro-2024-ə Macarıstan üzərində qələbəylə başlayıb
Dünən Almaniyada 24 komandanın iştirakı ilə startı verilən futbol üzrə növbəti Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən ikinci günündə keçirilməsi nəzərdə tutulan 3 oyundan biri artıq başa çatıb. Söhbət A qrupunda keçirilən İsveçrə - Macarıstan matçından gedir. Gərüş İsveçrənin inamlı qələbəsi ilə bitib - 3:1. Qalib komandanın heyətində Kvadvo Dua (12-ci dəq), Mişel Ebişer (45) və Brel Embolo (90+3), Macarıstan komandasından isə Barnabaş Varqa (66 dəq) fərqlənib.
Xatırladaq ki, dünən çempionatın açılış günü A qrupunda Almaniya Şotlandiyanı dasrmadağın etmişdi - 5:1.
Bu gün daha iki oyun B qrupunda keçiriləcək. İspaniya Xorvatiya ilə, ardından İtaliya Albaniyayla qarşılaşacaq.
Çempionata iyulun 14-də final matçı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.