Şəhriyar Məmmədyarov 8-ci turu da qələbəsiz bitirib
Özbəkistaninin paytaxtı Daşkənddə şahmat üzrə keçirilən və Azərbaycan təmsilçilərinin (3 nəfər) də qatıldığı üç müxtəlif kateqoriyalı beynəlxalq turnir artıq finişə yaxınlaşıb. Qeyd edək ki, ən yüksək səviyyəli hesab edilən "Masters" turnirində iştirak edən təmsilçimiz Şəhriyar Məmmədyarov sayca 8-ci olan hesabat turunu da qələbəsiz başa vurub. Hesabat turunda çinli Yanqyi Yu ilə sülh bağlayan Məmmədyarov hazırda 3,5 xalla 10 şahmatçı arasında səkkizincidir. Dairəvi sistem üzrə keçirilən turnirə iyunun 14-də 9-cu turla yekun vurulacaq.
Digər təmsilçilərimizə gəlincə, "Challenqers" turnirində iştirak edən və 8-ci turda məqlub olan Aydın Süleymanlı turnirin başa çatmasına bir tur qalmış 2,5 xalla 10 şahmatçı arasında doqquzuncu yerdədi.
"Fitires" turnirdə mübarizə aparan və hesabat turunda rəqiblə xal bölən Vüqar Rəsulov isə hazırda 5 xalla dördüncü pillədədir.
9-cu turla hər üç turnirə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.