Şəhriyar Məmmədyarov Daşkənddə "qara" zolaqdan çıxa bilmir
Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə üç müxtəlif kateqoriyalı turnir keçirilir. Hər üç turnirdə Azərbaycan şahmatçısı mübarizə aparır. Qeyd edək ki səviyyəsinə görə ən yüksək kateqoriyalı olan "Masters"də Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov çıxış edir. Dairəvi sistem üzrə olmaqla 10 şahmatçı arasında keçirilən "Masters"in 6-ci turunda Məmmədyarov yerli Javohir Sindaryevlə heç-heçə oynayıb. Hələ də "qara" zolaqdan çıxa bilməyən Şəhriyar hazırda 2,5 xalla yeddincidir.
Digər təmsilçilərimizə gəlincə, "Challenqers"də mübarizə aparan Aydın Süleymanlı 6 turdan sonra 2 xalla 10 nəfər arasında sonuncudu. "Fitires" turnirinə qatılan Vüqar Rəsulov isə 3,5 xalla altıncı pillədə yer alıb. Turnirlərə iyunun 14-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.