Hümbət Quliyev:
Bir atalar məsələmiz haqqında
(esse)
"Yüz ölç, bir biç" atalar məsəlimiz məni həmişə düşündürüb. Atalar sözlərimiz bizim milli təfəkkürümüzün güzgüsüdür. Eyni zamanda atalar sözlərimiz yeni nəslimizin təfəkkürünü formalaşdırır, onları həyata kökləyir, onlara həyat sürəti verir. Mənə görə, “ üç ölç, bir biç" daha yaxşı səslənirdi. Sözlərin qafiyəsi də yaxındır. Məsələn eyni məsəl ruslarda da var. Onlarda belədir; yeddi dəfə ölç, bir dəfə kəs. Bizdə kəsməkdən söhbət belə getmir, yalnız biçməkdən.
Yüz dəfə ölçmək nəzərdə tutularsa, məncə o iş heç görülməyəcək, çünki elə ilkin fikir odur ki, o iş heç görülməsin. Məncə yüz ölçmək ən böyük səbrin də sərhədlərini aşıb keçir. Bir sözlə milli yola verməyə həsr olunmuş məsələdir, bu məsəl.
Bəlkə elə bu məsəldir bizi ləngidən, tənbəlləşdirən, məqsədə çatmağa qoymayan? Bütün gücümüzü vermişik ölçməyə, yəni bizə nəticə yox, proses özü maraqlıdır. Deyirəm bəlkə məsələmizi dəyişib, “Bir dəfə yaxşı ölç, bir dəfə də yaxşı biç”, edək?
Bəlkə belə, türklər demiş, xızlanıb nəhayət cəsarətlə irəlilərə gedək?
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.