Anna Skidan AÇ-nın finalında
İtaliyanın paytaxtı Romada yüngül atletika üzrə Avropa çempionatı keçirilir. Azərbaycanın 4 atletlə qatıldığı çempionatın dünənə təsadüf edən ikinci günü daha iki təmsilçimiz mübarizəyə qatılıb. Onlardan yalnız biri - çəkic atma yarısında iştirak edən Anna Skidan təsnifat mərhələsini uğurla başa vuraraq finala yüksəlib. O, təsnifat da 68,80 metr nəticə göstərib. Bu gün isə Skidan həlledici finalda öz bacarığını nümayiş etdirəcək. Xatırladaq ki, Skidan mayın 22-də Berqenedə (Norveç) keçirilən Tronda Mini Oyunlarda 72,47 metr nəticə ilə birinci olmuşdur.
Təəssüflər olsun ki, Skidanla eyni gündə mübarizəyə qatılan və üç təkanla tullanan Aleksis Kopelyo 16,44 metr nəticə ilə 13-cu olmaqla finaldan kənarda qalıb.
Xatırladaq ki, çempionatın start günü isə üç təkanla tullanan atletlərimizdən Yekaterina Sarıyeva 12,93 metr göstərici ilə 28 iştirakçı arasında 25-ci, Nazim Babayevsə 6,92 metr nəticə ilə 29 idmançı arasında sonuncu olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.