Eldəniz Əzizli ilə Həsrət Cəfərov reytinq turnirinin qalibi olub
Azərbaycan Budapeştdə beş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli beynəlxalq turnirə yekun vurulub. Yunan-Romaçıların çıxışı ilə davam edən turnirin son günü də Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, son gündə mübarizəyə qatılan 4 klassikimizdən ikisi - Eldəniz Əzizli (55 kq) ilə Həsrət Cəfərov (67 kq) daha yaxşı güləşərək turnirin qalibi adını qazanıb. Bununla da Azərbaycan yiqmasi sözügedən turnirdə üçü qızıl, biri gümüş və biri bürünc əyarlı olmaqla 5 (3-1-1) medal qazanıb.
Xatırladaq ki, turnirin əvvəlki günlərində isə Murad Məmmədov (63 kq, yunan-Roma) qızıl, sərbəst güləşçilər - Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyevsə (65 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.