Murad Məmmədov reytinq turnirinin qalibi olub
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan pəhləvanlarının da qatıldığı idman güləşi üzrə reytinq xarakterli turnir keçirilir. Turnirin dünənə təsadüf edən üçüncü günü də yığmamız üçün uğurlu olub. Belə ki, həmin gün mübarizəyə qatılan iki yunan-Roma güləşçimizdən biri daha yaxşı güləşərək turnirin qalibi olub. Söhbət 63 kq çəki dərəcəsində döşək üzərinə çıxan Murad Məmmədovdan gedir. Təəssüflər olsun ki, həmin gün mübarizəyə qatılan digər təmsilçilərimiz - Beka Kandelaki (130 kq) isə elə startdaca büdrəyərək turnirlə erkən vidalaşıb.
Xatırladaq ki, Murad Məmmədovdan öncə isə sərbəst güləşçilərimizdən Maqomedxan Maqomedov (97 kq) gümüş, üçqat dünya çempionu Hacı Əliyevsə (65 kq) bürünc medal qazanıb.
Hazırda Azərbaycan komandasının aktivində bir dəst (1-1-1) medal var.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.