“YAŞIL DÜNYA” adlı rəsm sərgisi keçirilib
06.06.2024-cü il tarixində Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə könül ver” layihəsi çərçivəsində keçirilən “YAŞIL DÜNYA” adlı rəsm sərgisinin açılışı baş tutdu.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qonaqları salamlayaraq sərgini açıq elan etdi. Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, o cümlədən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqqında fikirlərini söylədilər.
Əsərləri sərgilənən tədbir iştirakçıları sonda diplomlarla təltif olundular.
Qeyd edək ki, “Mədəniyyətə könül ver” layihəsinin məqsədi könüllülərin və yaradıcı gənclərin iştirakı ilə mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq üçün keçirilən tədbirlərə dəstək olmaqla yanaşı mədəniyyətimizin inkişafı və təbliği istiqamətində müxtəlif yönlü ictimai fəaliyyət göstərməkdən ibarətdir. Layihə çərçivəsində müxtəlif görüşlər, təlimlər, yaradıcı gənclərə dəstək məqsədilə konsertlər və sərgilər təşkil olunur.
Rüstəm Fərman
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.