VOLEYBOL
---------
Aynur İmanova: "İnanıram ki, növbəti oyunlarda daha inamlı oynayacağıq"
Qadın voleybolçulardan ibarət millimizin kapitanı Aynur İmanova Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına açıqlama verib. O, komandamızın Qızıl Avropa Liqasındakı çıxışı ilə bağlı fikirlərini söyləyib.
"Bir neçə gün öncə Qızıl Avropa Liqasında mübarizəni dayandırdıq. Çox istərdim ki, turnirin "dördlər finalı"na yüksələk. Amma bəzi sbəblərdən bu alınmadı. Buna görə biz oyunçular hamımız təəssüflənirik" - deyən Aynur İmanova bu arada AVF-ının prezidenti Şahin Bağırova, baş məşqçi Faiq Qarayev başda olmaqla məşqçilər korpusuna, eləcə də sona qədər komandanı dəstəkləyən və onlarI meydanda tək qoymayan azarkeşlərə təşəkkürünü bildirən kapitanımız daha sonra gələcəkdə yaxşı çıxış etmək üçün öz üzərlərində ciddi işləyəcəklərini dilə gətirib:
"Bu turnirdə çıxışımız istədiyimiz kimi alınmadı. Bundan sonra daha çıx çalışacağıq ki, bu turnirdə buraxılan səhvlərimizi təkrar etməyək. İnanıram ki, növbəti oyunlarda daha inamlı oynayacağıq".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.