Şarl Lekler Monako Qran-Prisinin qalibidir
Formula-1 üzrə dünya çempionatının sayca 8-ci olan daha bir mərhələ yarışı keçirilib. Monakoda "Monte-Karlo Circuit de Monako" avtodromunda təşkil edilən mərhələnin qalibi adını "Ferrari"nin avstriyalı pilotu Şarl Lekler qazanıb. O, 3337 metrlik trasda 78 dəfə dövrə vurmaqla 260.285 km məsafəni hamıdan birinci qət edib. Bu onun 2022-ci ildə Avstriya Qran-Prisindən sonra qazandığı ilk qələbədir.
Onun ardınca finişə ikinci çatan avstriyalı pilot Oskar Piastri ("Maklaren") olub. İlk üçlüyü Leklerin İspaniyadan olan komanda yoldaşı Karlos Sayns tamamlayıb. 2023-cü ilin dünya çempionu və hazırda geridə qalan 8 mərhələ yarışının beşinin qalibi olan və pilotların reytinq cədvəlinə vahid liderlik edən hollandiyalı Maks Ferstappensə ("Red Bull") finişə 6-cı yerdə çatıb.
Maraqlıdır ki, mövsümün əvvəlindən hələ də gözə dəyməyən britaniyalı 7 qat dünya çempionu Lyuis Hemlton ("Mersedes") cıxışını 7-ci pillədə başa vurub.
Qeyd edək ki, trassda baş vermiş qəza səbəbindən starta çıxan 20 pilotdan 4-ü mübarizəni yarımçıq saxlayıb.
Geridə qalan 8 Qran-Pridən sonra pilotların reytinq cədv\əlində vəziyyət belədir:
1. Макs Ferstappen ("Red Bull") — 169. 2. Şarl Lekler ("Ferari") — 138. 3. Lando Norriss ("Maklaren") — 113. 4. Каrlos Sayns ("Ferari") — 108. 5. Serxio Peres ("Red Bull") — 107. 6. Оskar Piastri ("Maklaren") — 71. 7. Corc Rassell ("Mersedes") — 54. 8. Lyus Hemlton ("Mersedes") — 42. 9. Fernando Alonso ("Aston Martin") — 33. 10. Yuki Tsunoda ("RB") — 19. 11. Lens Stroll ("Aston Martin") — 11. 12. Niko Xyulkenberq ("Haas") — 6. 13. Оliver Berman ("") — 6. 14. Danil Rikkyardo ("RB") — 5. 15. Аleksandr Albon (" illiams") — 2. 16. Кеvin Maqnussen ("Haas") — 1. 17. Pyer Qasli ("Alpine") — 1. 18. Esteben Okan ("Alpine") — 1. 19. Valtteri Bottas ("Alfa Romeo") — 0. 20. Quanyuy Çjou ("Alfa Romeo") — 0. 21. Loqan Sarcent ("Williams") — 013,309
Кomandaların reytinq cədvəli: 1. Red Bull — 276. 2. Ferrari — 252. 3. McLaren — 184. 4. Mercedes — 96. 5. Aston Martin — 44. 6. RB — 24. 7. Haas — 7. 8. Williams — 2. 9. Alpine — 2. 10. Alfa Romeo — 0
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.