Novak Cokoviç "Rolan Qarros"da mübarizəni dayandırıb
Fransanın paytaxtı Parisdə tennis üzrə keçirilən və mükafat fondu 53.478.000 avro təşkil edən "Rolan Qarros" (Böyük Dəbilqə seriyası) davam edir. Qeyd edək ki, qrunt örtüklü açıq kortda keçirilən turnirin 1\4 final mərhələsi dünyanın 1 nömrəli raketka ustası və sözügedən turnirin son qalibi adını daşıyan serbialı Novak Cokoviç üçün uğursuz olub. Turnirin təşkilat komitəsinin verdiyi məlumata görə, Cokoviç dizindən ciddi zədə aldığı üçün 1\4 finalda norveçli rəqibi karsper Ruuda qarşı oyunda meydana çıxa bilməyib. Əvəzində onun keçən il analoji turnirin həlledici finalında məğlub etdiyi Ruud oyun keçirmədən 1\4 finalı adlayıb. Bununla da Cokoviç həm ötənilki titulunu əldən verib, həm də turniri yarışçiq tərk etdiyi üçün reytinq cədvəlindəki liderlik mövqeyini də itirmək təhlükəsi ilə üzləşib. Turnir başa çatdıqdan sonra ATR-ın elan edəcəyi yeni reytinq cədvəlində onu italiyalı Sinner Yannik əvəzləyə bilər. Hazırda Cokoviç 9960 xalla cədvələ liderlik edir. Aktivində 8770 xalı olan Yannik isə ikincidir.
Dizində əməliyyat olunacağı gözlənilən Cokoviçin Olimpada-2024-də iştirakı da sual altındadır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.